2020-ci ilin iyul ayından bəri ilk dəfə 1 dollar 7 yuana çatıb
Çin Xalq Bankı (Mərkəzi Bank) bazar ertəsi günü 2020-ci ilin iyulundan bəri ilk dəfə bir dolları 7 yuan müəyyən edib.
Marja xəbər verir ki, yuanın dəyəri 378 baza bəndi azaldılıb və 1 dollar qarşısında 7.0298-ə düşüb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Bu, əsasən xarici amillərlə bağlıdır. Bununla belə, ortamüddətli perspektivdə Çin valyutasının ucuzlaşmaqda davam edəcəyi görünür, amma məhdud olacaq" - vəziyyəti şərh edən Çin investisiya bankı CITIC Securities bildirib.
Çin Mərkəzi Bankı tərəfindən müəyyən edilən rəsmi paritetdə dalğalanmaların amplitudası gündə 2%-dən çox olmamalıdır. 2020-ci ildə yuan ABŞ valyutası qarşısında 6,2%, 2021-ci ildə daha 2,5% möhkəmlənib. Bu ilin əvvəlindən yuan (rəsmi məzənnə) təxminən 10% ucuzlaşıb. / marja.az
Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat
Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb
2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c