2023-cü ildən vergi qaydaları dəyişir - PEŞƏKAR AUDİTOR FİKİRLƏRİNİ BİLDİRDİ

2023-cü ildən vergi qaydaları dəyişir - PEŞƏKAR AUDİTOR FİKİRLƏRİNİ BİLDİRDİ"Artıq Azərbaycanda vergi mədəniyyətinin yüksəlməsi hiss olunur. Vergi dəyişikliklərində sanksiyalaşdırma siyasəti əvəzinə stimullaşdırıcı tədbirlərin müşahidə edilməsi sevindiricidir". 
Marja xəbər verir ki, bu sözləri Auditorlar Palatasının sərbəst auditoru Rəna Qəfərova Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə fikir bildirərkən deyib.
O, qeyd edib ki, Azərbaycanda Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə sahibkarlara yaradılan biznes və investisiya şəraitinin ildən-ilə daha da inkişaf etdirilməsi, sosial xarakterli güzəştlər, həmçinin istehsalatçılar üçün əsas vəsaitlərin ölkəyə idxalında və ƏDV-dən azad olunması nəzərdə tutulmuşdur. 
R.Qəfərovanın sözlərinə görə, bunlarının hamısı Azərbaycanda sahibkarların uçotlarının daha şəffaf aparılmasına bir təşviqdir. Sahibkarlarla bağlı maraqlı məqam odur ki, 2023-cü ildən vergi qaydaları dəyişir. 
"Vergi Məcəlləsinin 35-ci maddəsinə, eləcə də, digər əlaqəli maddələrdə nəzərdə tutulmuş dəyişikliyə əsasən 2023-cü ildən vergi ödəyiciləri tərəfindən şəhadətnamə-dublikatın alınması tələbi ləğv edilir. Yeni qaydalara görə, gələn ildən etibarən Vergi ödəyiciləri (şirkət və sahibkarlar) birbaşa banka müraciət edərək hesab aça biləcəklər. Hesab açıldıqdan sonra bu barədə banklar vergi orqanını məlumatlandıracaqlar. Digər maraqlı məqam ondan ibarətdir ki, növbəti ildən vergi ödəyicisinin vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə və ya aidiyyəti fondlara borcu olduğu halda bank hesabının açılması mümkün olacaq, hansı ki, mövcud qanunvericiliyə əsasən bu mümkün deyildi". 
Həmçinin sərbəst auditor əlavə edib ki, Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hüquqi şəxslərin divident gəlirlərin 10 illik vergidən azad edilməsi nəzərdə tutulub. 
"Hətta, dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarları da 2023-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunur və bu da bizim Qarabağ ərazisinə daha çox ivestisiyanın cəlb olunmasına gətirib çıxaracaqdır. Bu böyük dəstək, böyük təşviqdir. Vergi ödəyiciləri öz apardıqları uçotun şəffaşlaşdırılamsına ciddi nəzarət etməli və vergilərini vaxtında ödəməlidirlər. Çünki maliyyə sanksiyaları ilə üzləşə bilərlər. Qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir". 
Mütəxəssis qanun məcəlləsində olan dəyişikliyi xatırladaraq bunları vurğulayıb:
"Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit - red). Bu Məcəllənin 99.2-ci maddəsinə uyğun olaraq açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur. İnzibati xətalar məcəlləsinin 464-cü maddəsinə əsasən də auditor xidməti haqqında "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir".
Sonda R.Qəfərova sahibkarların kənar auditlə əməkdaşlıq etmələrini tövsiyə edib:
"Baxmayaraq ki, burada maliyyə sanksiyasında cərimələr azdır. Bu yoxlamanı məcburi kənar auditin aparılmasına dair sanksiyalar az olduğu üçün sahibarkarlar təkcə cərimənin ödənilməsini seçirlər. Ona görə də, əksər şirkətlər kənar auditin yoxlanmasını aparmırlar. Kənar auditin daxildə aparılan uçota heç bir marağı olmadığı üçün, sahibkar uçotunun şəffaflığını təmin etmək, risklər ilə üzləşməmək üçün kənar auditə maraq göstərməlidir. Vergi ödəyiciləri gələcəkdə maliyyə sanksiyaları və digər ödənişlər ödəməməsi üçün kənar auditdən istifadə etməlidirlər".  / marja.az

Maliyyə     Tarix: 07 dekabr 2022

Oxşar xəbərlər

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar


iqtisadi xeberler leobank kart dollar kursu iqtisadiyyat xeberleri biznes krediti