"PAŞA Bank" Visa-nın xüsusi mükafatı ilə təltif olundu
®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" Visa beynəlxalq ödəniş sisteminin xüsusi mükafatına layiq görülüb.
Bu mükafat Banka "Tap to Phone" texnologiyasının istifadəsi və "PASHA Private Banking" müştəriləri üçün xüsusi kartların təqdimatı ilə ölkədə ödəniş sisteminin inkişafına töhfəsinə görə təqdim edilib. Mükafatlandırma prosesi 24–25 may 2025-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq, eləcə də Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə ekspert qruplarının görüşündə baş tutub.
Qeyd edək ki, "Tap to Phone" (mPOS) məhsulu smartfonları POS terminalına çevirərək sahibkarlara Android cihazları üzərindən təhlükəsiz və sürətli ödəniş qəbul etməyə imkan verir. Fiziki terminala ehtiyac olmadan həyata keçirilən bu ödənişlər, lazım olduqda, fiskal kassa cihazı ilə inteqrasiya edilərək e-qəbzin vergi orqanlarına ötürülməsini də təmin edir.
"Horizon" və "Heritage" eksklüziv kartları isə fərdi bankçılıq xidmətləri, premium tədbirlərə çıxış, öncədən sifariş imkanı və "Miles and Smiles" çərçivəsində millər toplamaq kimi üstünlüklər təqdim edir. Kart sahibləri və onların ailələri həmçinin "Fast Track", "Lounge Key" və "Air Transfer" xidmətlərindən yararlana bilirlər.
Xatırladaq ki, "PAŞA Bank" son illər ərzində rəqəmsal bankçılıq və biznes xidmətləri sahəsində mühüm uğurlara imza atıb. Belə ki, 2024-cü ildə "SME Banking Agency" bankın onlayn platformasını ölkənin ən yaxşı biznes bankı, mobil tətbiqini isə 112 meyar əsasında ən yaxşı mobil bankı elan edib. Eyni ildə Bank "Euromoney" jurnalı tərəfindən "Azərbaycanın ən yaxşı KOS bankı", 2025-ci ildə isə "International Investor" jurnalı tərəfindən real sektorun dayanıqlı inkişafına verdiyi töhfəyə görə "Azərbaycanın ən yaxşı bankı" seçilməsi də yer alır. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Biznes təlimlər və tədris üsulları
Whatsapp biznesin üstünlükləri nələrdir?
ZARA-nın uğur hekayəsi
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes plan necə yazılır?