Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞAvropa Mərkəzi Bankının (ECB) cümə axşamı günü faiz dərəcəsi ilə bağlı qərarı ərəfəsində beynəlxalq birjalarda avro dollar və funt sterlinq qarşısında bir qədər bahalaşıb.
Belə ki, EUR/USD valyuta cütlüyü 1.13570 səviyyəsindən 1.14340 səviyyəsinədək bahalaşıb. Eyni zaman ərzində EUR/GBP cütlüyü 0.84030 həddindən 0.84310 həddinə qədər yüksəlib. Qızılın qiyməti isə 3344$-dan 3384$-a qədər bahalaşıb, lakin, bu gün səhər saatlarında dəyərli metal bir qədər geriləyərək 3368$ səviyyəsində ticarət olunur.
ABŞ-da iqtisadi aktivlik yazın sonlarında bir qədər zəifləyib – bu hal, Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən çərşənbə günü dərc olunan regional icmalda ("Bej Kitab") qeyd olunub. On iki rayondan altısı əvvəlki dövrlə müqayisədə iqtisadi aktivliyin az da olsa və ya mülayim şəkildə zəiflədiyini bildirib. Üç rayon heç bir dəyişiklik olmadığını, digər üçü isə cüzi artım müşahidə olunduğunu qeyd edib.
ABŞ Prezidenti Donald Tramp ADP tərəfindən açıqlanan məlumatlara sərt reaksiya verib və FED sədri Cerom Pauelldən bir daha təcili olaraq uçot faiz dərəcəsinin endirilməsini tələb edib. "Çox Gecdir. Pauell dərhal faiz dərəcəsini endirməlidir. O, dözülməzdir!" – deyə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
Qeyd etmək lazımdır ki, "Automatic Data Processing" (ADP) şirkətinin yaydığı hesabatına əsasən, may ayında ABŞ-ın Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı, mövsümi düzəlişlər nəzərə alınmaqla, 37 min artıb. Analitiklər göstəricinin 111 min artacağını proqnozlaşdırmışdılar. Həmçinin, ölkənin Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) "S&P Global"-ın verdiyi məlumata əsasən, 50.8 bənd səviyyəsindən 53.7 bənd səviyyəsinədək yüksəlib. ABŞ-ın Təchizat İdarəetmə İnstitutu (ISM) tərəfindən dərc olunan məlumatda isə xidmət sektorunda PMI-ın 51.6 bənddən 49.9 bəndədək gerilədiyini görürük.
Bundan əlavə, dünən Kanada Bankı (BoC) faiz dərəcəsini 2.75% səviyyəsində saxladı. Avrozonanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) aprel ayı ilə müqayisədə may ayında 50.1 bənd səviyyəsindən 49.7 bənd səviyyəsinə qədər geriləyib. Almaniyanın xidmət sektorunda aktivlik indeksi 49.0 bənddən 47.1 bəndədək geriləyib. Böyük Britaniyada isə Xidmət Sektorunda Biznes Aktivliyi İndeksinin 49.0 bənd səviyyəsindən 50.2 bənd səviyyəsinə qədər artacağı proqnoz olunsa da, göstərici 50.9 bəndədək artım göstərib. 
Bu gün ECB-nin faiz qərarından əlavə ABŞ-da açıqlanacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, İdxal və İxrac göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdəndir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 06 iyun 2025

Oxşar xəbərlər

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler iqtisadiyyat xeberleri birbank en son xeberler biznes krediti