2023-cü ilin birinci rübündə Rumıniya Azərbaycandan təxminən 300 milyon kubmetr qaz alacaq
Rumıniyanın "Romgaz S.A." şirkəti 2023-cü ilin birinci rübündə təxminən 300 milyon kubmetr Azərbaycan qazı alacaq.
Xəbər verildiyi kimi, dekabrın 16-da SOCAR ilə Rumıniyanın "Romgaz S.A." şirkəti arasında 2023-cü ildən etibarən Azərbaycan qazının tədarükünə dair müqavilə imzalanıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"İmzalanmış qısamüddətli spot müqavilə 2025-cü il yanvarın 1-dən aprelin 1-dək SOCAR trəfindən 300 milyon kubmetrədək tədarükü nəzərdə tutur", - ICIS-a (Independent Commodity Intelligence Services) məlumat verir.
Gündəlik tədarükün həcmi 4,2 milyon kubmetrədək təşkil edəcək.
Öncə SOCAR məlumat verib ki, müqavilə çərçivəsində "Romgaz S.A." 2023-cü il yanvarın 1-dən etibarən təbii qaz Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə nəql ediləcək.
Öz növbəsində, "Romgaz S.A." öz məlumatında qeyd edir ki, "bu müqavilənin imzalanması ilə tələbatın ödənilməsi məqsədilə Azərbaycan qazına çıxış imkanı təmin edilir".
Daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2021-ci ildə Azərbaycan 19 milyard kubmetr qaz ixrac edib. Avropaya qaz ixracının həcmi 8,2 milyard kubmetr təşkil edib. 2023-cü ildə ixracın həcmi 24 milyard kubmetrədək, o cümlədən Avropaya ixracın ən azı 11,6 milyard kubmetr həcmində olacağı proqnozlaşdırılır.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"İnterfaks-Azərbaycan" / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt