2026-cı ildə izlənməli trendlər: Tom Stendicin baxışı

2026-cı ildə izlənməli trendlər: Tom Stendicin baxışıThe Economist jurnalının The World Ahead bölməsinin redaktorundan.
Donald Tramp dünyada mövcud nizamı pozan əsas fiqura çevrilib. O, 2025-ci ildə beynəlxalq gündəmin formalaşmasına təsir edən əsas qüvvələrdən biri olub və Ağ Evdə qaldığı müddətcə bu rolunu qoruyacaq. Onun idarəetmə tərzi bir tərəfdən xaos (məsələn, ticarət sahəsində) yaradıb, digər tərəfdən isə müəyyən diplomatik irəliləyişlərə və bir sıra struktur dəyişikliklərinə, o cümlədən Avropada müdafiə xərclərinin artmasına səbəb olub. Budur, gələn ildə diqqətdən qaçırmaq olmaz deyə qeyd olunan on əsas tendensiya.
Amerikanın 250 illiyi
ABŞ-ın yaranmasının 250 illiyi ərəfəsində ölkənin keçmişi, bu günü və gələcəyi ilə bağlı ziddiyyətli baxışlar güclənəcək. Respublikaçılar və demokratlar eyni ölkəni tam fərqli cür təqdim edəcəklər. Noyabrda keçiriləcək aralıq seçkilər ABŞ-ın gələcəyi barədə bir növ referendum olacaq. Hətta demokratlar Nümayəndələr Palatasında üstünlük qazansalar belə, Trampın hakimiyyət üslubu — təzyiq, tariflər və sərəncamlar vasitəsilə idarəetmə — dəyişməz qalacaq.
Geosiyasi parçalanma
Xarici siyasət ekspertləri arasında fikir ayrılığı var: dünya ABŞ və Çin rəhbərliyindəki yeni "soyuq müharibə" mərhələsindədir, yoxsa Trampın "razılaşma diplomatiyası" planeti Amerika, Rusiya və Çin təsir zonalarına böləcək? Trampın yanaşması daha çox instinktiv və praqmatikdir, o, qlobal ideoloji çərçivələrə deyil, situativ razılaşmalara üstünlük verir. Qaydalar əsasında qurulmuş köhnə dünya nizamı daha da aşınacaq, əvəzində "istəkli koalisiyalar" müdafiə, ticarət və iqlim kimi sahələrdə yeni sazişlər imzalayacaq.
Müharibə, yoxsa sülh? — hər ikisi
Əgər şans gətirsə, Qəzzədə kövrək sülh qorunacaq. Amma Ukrayna, Sudan və Myanmada qarşıdurmaların davam edəcəyi gözlənilir. Müharibə ilə sülh arasındakı sərhəd getdikcə itdikcə, gərginlik Arktika, kosmos, sualtı sahələr və kiberməkan kimi yeni müstəvilərə keçəcək.
Avropanın çətin sınaqları
Avropa üçün qarşıdakı dövr xüsusilə çətin olacaq: müdafiə xərclərini artırmaq, ABŞ-ın dəstəyini saxlamaq, iqtisadi artımı bərpa etmək və büdcə kəsirlərini idarə etmək zəruridir. Lakin sərt iqtisadi tədbirlər radikal sağ partiyaların populyarlığını daha da gücləndirə bilər. Avropa eyni zamanda azad ticarət və ekoloji davamlılıq üzrə lider statusunu qorumağa çalışır, amma bütün bu hədəfləri eyni anda reallaşdırmaq mümkünsüz görünür. Müdafiə xərclərinin artımı qısa müddətli iqtisadi artıma səbəb ola bilər, amma effekti məhdud qalacaq.
Çinin imkanları
Çin deflyasiya, zəif iqtisadi artım və sənaye məhsullarının artıqlığı ilə üzləşir. Lakin Trampın "Amerika hər şeydən öncə" siyasəti Pekinə yeni fürsətlər açır: Çin xüsusilə Qlobal Cənub ölkələrində etibarlı tərəfdaş imici qazanmağa çalışır və yeni ticarət razılaşmaları imzalayır. Eyni zamanda ABŞ-la qarşıdurmadan qaçaraq, soya paxlası və yarımkeçiricilər kimi sahələrdə taktiki sövdələşmələrə hazırdır. Əsas məqsəd — münasibətləri sırf iqtisadi səviyyədə saxlamaqdır.
Borc böhranı riski
İqtisadi cəhətdən, Tramp dövründə tətbiq edilən tariflərə baxmayaraq, ABŞ iqtisadiyyatı gözlənildiyindən daha dayanıqlı görünür. Amma bu tədbirlər qlobal iqtisadi artımı yavaşladacaq. Eyni zamanda, zəngin ölkələrin "borc hesabına yaşaması" səbəbindən istiqraz bazarında böhran riski artır. May ayında Federal Ehtiyat Sisteminin yeni rəhbərinin kim olacağı bu baxımdan həlledici əhəmiyyət daşıyacaq. FED-in siyasətinin siyasi təsir altına düşməsi bazarlarda ciddi dalğalanma yarada bilər.
Süni intellektlə bağlı narahatlıqlar
Süni intellekt infrastrukturuna nəzarətsiz xərclər ABŞ-ın iqtisadi zəifliklərini gizlədə bilər. Bu "balon" partlayacaqmı? Tarix göstərir ki, dəmir yolları, elektrik və internet kimi texnoloji bumların da arxasında oxşar risklər olub. Hətta uğursuzluq belə, texnologiyanın dəyərini inkar etmir, amma iqtisadi təsirləri geniş ola bilər. Əsas narahatlıq isə süni intellektin əmək bazarına — xüsusilə gənc məzunlara — təsiri ilə bağlıdır.
İqlim dilemması
Qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq artıq real görünmür. ABŞ prezidenti Tramp bərpa olunan enerji mənbələrinə qarşı çıxır, lakin görünür, qlobal emissiyalar pik nöqtəsini keçib. Qlobal Cənub ölkələri təmiz texnologiyalar sahəsində fəal irəliləyir, bir çox şirkətlər isə öz iqlim öhdəliklərini yerinə yetirmək və ya hətta aşmaq niyyətindədir — sadəcə, Tramp administrasiyasının qəzəbinə tuş gəlməmək üçün bunu açıq şəkildə etiraf etmirlər. 2026-cı ildə diqqət geotermal enerji sahəsinə yönələcək.
İdmanda gərginlik
2026-cı ildə idman da siyasətdən kənarda qalmayacaq. Futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək — münasibətləri gərgin olan üç ölkə arasında. Azarkeşlərin bir hissəsinin səfərlərdən imtina edəcəyi gözlənilir. Lakin ən çox mübahisə doğuracaq hadisə Las-Veqasda keçiriləcək "Enhanced Games" — dopinqə icazə verilən yarışlar olacaq. Bu fırıldaqdır, yoxsa sadəcə "başqa bir yanaşma"? — mübahisələr 2026-cı ildə də səngiməyəcək. / banker.az

Maraqlı     Tarix: 18 noyabr 2025

Oxşar xəbərlər

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

Cənubi Koreya süni intellektə 880 milyard dollar yatırır: bu investisiyalar ölkənin yüksək texnologiyalar lideri statusunu möhkəmləndirə biləcəkmi?

Cənubi Koreya süni intellekt və yarımkeçiricilərə böyük məbləğdə investisiya qoymağa hazırlaşır. "Üç meqalayihə" çərçivəsində 880 milyard dollarlıq sərmayə planı açıqlanıb. Ölkə artıq HBM də daxil olmaqla mühü

150 milyon barel: Çin dünya neft bazarını qiymət kollapsından necə səssizcə xilas etdi

OPEC-i unudun. Bu gün neft bazarında əsas qərarları Çin Kommunist Partiyası verir. İrandakı müharibə tarixdə ən böyük neft təklifi böhranına səbəb oldu. Bununla belə, döyüşlərin ən gərgin dövründə belə neftin qiyməti münaqişəni

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne


iqtisadi xeberler biznes krediti valyuta mezennesi rubl mezenne dollar kursu