252,5 min manatlıq brilliant və qızıl qaçaqmalçılığı - HƏBS EDİLDİ
Daxil olmuş məlumat əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Dubay-Bakı aviareysi ilə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycan Respublikasına gələn vətəndaşdan qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar keçirdiyi 252 min 502 manat dəyərində brilliant, qızıl və sair qiymətli əşyalar aşkar olunaraq götürülüb.
Fakta görə Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Baş idarə tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri ilə malları gömrük nəzarətindən kənar keçirən şəxsdən əlavə cinayətin törədilməsində iştirak edən 3 nəfər şəxs də müəyyən edilərək saxlanılıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Saxlanılan şəxslərin hər biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işinin istintaqı davam etdirilir. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes plan necə yazılır?