29 milyon manat yığılmış zərəri olan İranın Bakıdakı bankı kiçilib
"Bank Melli İran" Bakı filialı 2024-cü ilin ikinci rübünü 3 milyon 437 min manat xalis mənfəət ilə başa vurub. Filial 2023-cü ilin eyni aylarını 2 milyon 83 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 65% çoxdur.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Ötən ilin yanvar-iyun aylarında "Bank Melli İran" Bakı filialının xalis faiz gəlirləri 1 milyon 495 min manat ikən, bu ilin 6 ayında 2 milyon 403 min manata qalxıb.
Bu il iyul ayının 1-nə İran bankının aktivləri 114 milyon 856 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 6% azdır. Bunun 2 milyon 393 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 6 ayda Bakı filialının kredit portfeli 2 dəfəyə yaxın azalıb.
Hesabat dövründə bankın cəmi öhdəlikləri 70 milyon 262 min manat, cəmi kapitalı 44 milyon 594 min manat, yığılmış zərəri isə 29 milyon 17 min manat təşkil edib.

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ƏDV geri al və onun üstünlükləri
Kriptovalyuta nədir və necə alınır?
Cash Back nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt