ABB səhmlərinə abunə yazılışı prosesinə digər banklar da qoşulacaq

ABB səhmlərinə abunə yazılışı prosesinə digər banklar da qoşulacaq3 iyul 2024 il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Əli Əhmədov ilə bank sədrləri arasında onlayn görüş keçirilmişdir.
 Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumatda bildirilir ki, görüşdə Mərkəzi Bankın "2024-2026-cı illər üzrə maliyyə sektorunun inkişafı Strategiyası"nda kapital bazarları üzrə müəyyən edilmiş istiqamətlər, bankların kapital bazarlarında iştirakı ilə bağlı aktual məsələlər və bu istiqamətdə kapital bazarının əsas infrastruktur qurumları olan Bakı Fond Birjası və Milli Depozit Mərkəzində əməliyyat sistemlərinin modernizasiyası, investorların bazara çıxışının təkmilləşdirilməsi  və rəqəmsallaşma kimi əsas prioritetlər müzakirə edilmişdir. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Görüşdə, həmçinin "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) səhmlərinin kütləvi təklifi ilə də bağlı müzakirələr aparılmışdır. Yerli kapital bazarında səhmlərin ilk dəfə kütləvi satışının həyata keçirilməsi, abunə yazılışına investorların böyük maraq göstərməsi, həmçinin rəqəmsallaşma və infrastruktur qurumların sistemlərinə çıxışın təmin olunması nəticəsində geniş investor kütləsini əhatə etməsi məsələləri haqqında fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, artıq ötən aydan başlayan abunə yazılışı prosesinə ABB və "ABB – İnvest" investisiya şirkəti ilə yanaşı, digər investisiya şirkətləri də qoşulmuşdur. 
Eyni zamanda, abunə yazılışı prosesinə bankların da qoşulması məsələsi müzakirə edilmişdir. Bankların prosesdə iştirakının investorlar üçün səhmlərin alışını daha əlçatan etməklə səhm bazarında geniş fərdi investor kütləsinin formalaşmasına imkan verəcəyi vurğulanmışdır. Görüşdə iştirak edən bank sədrləri də müvafiq hazırlıq işləri tamamlandıqdan sonra bankların prosesə qoşulacağını bildirmişlər.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür. / marja.az

Banklar     Tarix: 05 iyul 2024

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir


iqtisadi xeberler depozit faizleri dollarin kursu bu gun dollar manat kursu bitkoin qiymeti