ABŞ bankasından təəccübləndirən Bitcoin və Ether proqnozu
Son günlər kripto pullar yüksəlişə doğru istiqamətlənib.
Biznes.az xəbər verir ki, ABŞ-da məşhur bank olan Citigroup, kripto pullara dair gözləntilərini yeniləyərək qiymət hədəfini yüksəldib, Bitcoin proqnozunu isə aşağı yönlü dəyişdirib.
Bu dəyişikliklər, ETF axınları və makroiqtisadi amillər kimi müxtəlif səbəblərlə izah edilir. Bank nəhəngi Ether üçün ilin sonu qiymət hədəfini 4,300 dollardan 4,500 dollara yüksəldib.
Qeyd edək ki, Ether (ETH), Ethereum blokçeyn platformunun əsas kripto valyutasıdır. Sadə dildə desək, Ethereum şəbəkəsində əməliyyatları həyata keçirmək və smart kontraktları işlətmək üçün istifadə olunan rəqəmsal pul vahididir.
Bu artış, borsa yatırım fonları (ETF) və rəqəmsal aktiv xəzinələrdən gələn güclü axınlarla izah edilib.
Digər tərəfdən, Bitcoin üçün gözləntilər 135,000 dollardan 133,000 dollara endirilib. Bu düşüşdə doların güclənməsi və qızıl qiymətlərində zəifləmə kimi tənzimləyici makroiqtisadi amillərin təsirli olduğu qeyd edilib.

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Mcdonalds françayzinqi neçiyədir?
Evdə biznes qurmağın yolları
Shopify-da necə satışa başlamaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Bill Qeyts kimdir?