ABŞ bu il üçün qlobal neft hasilatı üzrə proqnozunu cüzi artırıb
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2023-cü il üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu cüzi azaldıb, 2024-cü il üçün isə azaldıb.
EIA-nın aylıq hesabatına əsasən, gələn il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 102.19 mln. barel olacağı ehtimal edilir ki, bu da öncəki proqnozdan 0.36 mln. barel azdır.
Hesabata əsasən, 2023-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 101.62 mln. barel olacaq ki, bu, ötən proqnoz göstəricidən 0.08 mln. barel çoxdur.
Hesabatda qeyd olunur ki, ötən il maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99.99 mln. barel səviyyəsində olub.
Xatırladaq ki, 2021-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 95.7 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik istehsal 93.84 mln. barel təşkil edib. 2019-cu ildə bu göstərici 100.61 mln. barelə bərabər idi.
EİA məlumatlarını nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərin gündəlik qlobal hasilatı pandemiyadan əvvəlki səviyyəni bu il ötəcək. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Swift nədir?
ƏDV geri al və onun üstünlükləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes nədir?