ABŞ, Çin məhsullarına 100% gömrük rüsumu tətbiq edəcək

ABŞ, Çin məhsullarına 100% gömrük rüsumu tətbiq edəcəkABŞ Prezidenti Donald Tramp, nadir torpaq elementlərinin ixracına qoyulan məhdudiyyətlərə görə Çin məhsullarına 100 faiz əlavə gömrük rüsumu tətbiq edəcəklərini açıqlayıb.

Biznes.az xəbər verir ki, Tramp bildirib ki, Çin 1 noyabrdan etibarən istehsal etdikləri demək olar ki, bütün məhsullara, hətta bəziləri öz istehsalı olmayan məhsullara belə genişmiqyaslı ixrac nəzarəti tətbiq edəcəyini bildirən son dərəcə "düşməncəsinə" bir məktub göndərib və bununla ticarət məsələsində son dərəcə aqressiv mövqe sərgiləyib.

Tramp əlavə edib ki, bu qərar istisnasız bütün ölkələrə təsir edir və illər öncədən planlaşdırılmış bir addımdır: "Beynəlxalq ticarətdə tamamilə görünməmiş bir haldır və digər ölkələrlə münasibətlərdə mənəvi bir biabırçılıqdır."

Tramp "Truth Social" platformasında paylaşım edərək bildirib:
"1 noyabr 2025-ci ildən etibarən (və ya Çinin atacağı hər hansı addım və ya dəyişiklikdən asılı olaraq daha tez) Amerika Birləşmiş Ştatları, hazırda tətbiq olunan gömrük rüsumlarına əlavə olaraq Çin məhsullarına 100 faiz rüsum tətbiq edəcək. Həmçinin, 1 noyabrda bütün kritik proqram təminatlarına ixrac nəzarəti qoyacağıq."

Tramp cümə günü səhər saatlarında Pekinə qarşı sərt bəyanatla çıxış edərək, Çinə tətbiq olunan gömrük rüsumlarını artırmaq və Çin Prezidenti Si Cinpinqlə planlaşdırılan görüşü ləğv etməklə hədələyib.
Tramp Çində çox qəribə hadisələrin baş verdiyini bildirib və ölkənin "düşməncəsinə" davranmağa başladığını, dünyanın müxtəlif ölkələrinə məktublar göndərərək nadir torpaq elementləri ilə bağlı istehsalın bütün mərhələlərinə, hətta Çində istehsal olunmayan məhsullara belə ixrac məhdudiyyətləri tətbiq etmək istədiklərini açıqladıqlarını qeyd edib. Tramp bu vəziyyətin bazarları "iflic edəcəyini" və dünyanın demək olar ki, bütün ölkələri, xüsusilə də Çin üçün həyatı çətinləşdirəcəyini vurğulayıb.
Çinin necə reaksiya verəcəyindən asılı olaraq bu addıma maliyyə baxımından cavab verməli olacağını qeyd edən Tramp əlavə edib:
"Onların monopoliyaya çevirdiyi hər bir elementə qarşı bizim iki nümunəmiz var. Bunun bu nöqtəyə gələcəyini heç düşünməmişdim, amma bəlkə də hər şeydə olduğu kimi, zamanı çatıb. Nəticədə, potensial olaraq ağrılı olsa da, ABŞ üçün çox faydalı olacaq. Hazırda hesabladığımız siyasətlərdən biri Çin məhsullarına tətbiq olunan tariflərin böyük artımıdır. Eyni zamanda ciddi şəkildə nəzərdən keçirilən bir çox digər qarşı tədbirlər də mövcuddur".

Xəbərlər     Tarix: 11 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki


iqtisadi xeberler kicik biznes birbank biznes krediti valyuta mezennesi