ABŞ-da istehlakçı etimad indeksi enib
Mişiqan Universiteti, amerikalı istehlakçıların meylləri əsasında hazırladığı istehlakçı etimad indeksinin oktyabr ayına aid ilkin göstəricilərini açıqlayıb.
Biznes.az xəbər verir ki, istehlakçı etimad indeksi oktyabrda ötən ayla müqayisədə 0,1 bənd azalaraq 55 səviyyəsinə enib.
Bazar gözləntilərini üstələyən istehlakçı etimad indeksinin bu dövrdə 54,1 səviyyəsində olacağı proqnozlaşdırılırdı.
İstehlakçı etimad indeksi sentyabrda 55,1 olaraq qeydə alınmışdı.
Amerikalıların hazırkı maliyyə vəziyyətinə dair qiymətləndirməsini ölçən mövcud iqtisadi şərait indeksi oktyabrda aylıq müqayisədə 0,6 bənd artaraq 61-ə yüksəlib.
İstehlakçıların uzunmüddətli gözləntilərini əks etdirən istehlakçı gözləntiləri indeksi isə eyni dövrdə 0,5 bənd azalaraq 51,2-yə düşüb.
İstehlakçıların qısamüddətli inflyasiya gözləntisi oktyabrda 4,7 faizdən 4,6 faizə düşsə də, yüksək səviyyədə qalmaqda davam edib.
Uzunmüddətli inflyasiya gözləntisi isə 3,7 faiz səviyyəsində sabit qalıb.
Açıqlamada fikirlərinə yer verilən İstehlakçı Sorğuları Direktorı Coann Hsu bildirib ki, istehlakçı etimadı bu ay əvvəlki ayla müqayisədə demək olar ki, dəyişməyərək sabit qalıb.
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki