ABŞ dollarının zəifləməsi fonunda qızıl bahalaşıb
ABŞ dollarının zəifləməsi fonunda dünya bazarlarında qızılın qiyməti cüzi artıb. İnvestorların əsas diqqəti ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsi ilə bağlı qərarına yönəlib.
"Report" birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex" birjasında qızılın avqust fyuçersləri 0,54 % və ya 9,15 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 712,54 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,89 % artaraq 1 unsiyası 18,76 ABŞ dolları təşkil edib.
ABŞ dollarının indeksi 0,15 % düşərək 107,91 bəndə enib. Ucuz ABŞ dolları xammal materiallarını, o cümlədən qızılı başqa valyutalarla alış üçün əlçatan edir.
Gələn həftə FES-in növbəti iclası keçiriləcək. Analitiklər hesab edirlər ki, iclasda uçot dərəcəsinin 75 baza bəndi səviyyəsində artrılaraq 2,25-2,5 %-ə çatdırılacaq.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Marketinq nə demədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SWIFT nədir?
Dünyanın ən zəngin idmançıları