ABŞ-ın büdcə kəsiri 2023-cü maliyyə ilində artıb
ABŞ Maliyyə Nazirliyi sentyabr və 2023-cü maliyyə ili üçün büdcə balansı hesabatını dərc edib.
Marja xəbər verir ki, 1 oktyabr 2022-ci ildə başlayan və 30 sentyabr 2023-cü ildə sona çatan 2023 maliyyə ilinin son ayında (sentyabrda) federal hökumətin büdcə kəsiri 171 milyard dollar olaraq hesablanıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Federal hökumətin keçən ilin eyni ayında 430 milyard dollarlıq büdcə kəsiri var idi. Belə ki, sentyabrda büdcə kəsiri ötən ilin eyni ayı ilə müqayisədə 60 faiz azalıb.
Sentyabrda hökumətin gəlirləri əvvəlki ilin eyni ayına nisbətən 4,2 faiz azalaraq 467,5 milyard dollar, xərcləri isə 30,4 faiz azalaraq 638,5 milyard dollar olub.
Gəlirlər azalıb, federal borc üzrə faiz xərcləri artıb
ABŞ federal hökumətinin 2023-cü maliyyə ili üçün ümumi büdcə kəsiri 1,7 trilyon dollar təşkil edib. 2022-ci maliyyə ilində ölkənin büdcə kəsiri 1,4 trilyon dollar olaraq qeydə alınmışdı. Belə ki, 2023-cü maliyyə ilində büdcə kəsiri ötən illə müqayisədə 23 faiz artıb.
Büdcə kəsirinin artması, aşağı gəlir vergisi yığımları səbəbindən gəlirlərin azalması və faiz dərəcələrinin artması səbəbindən federal borcun faiz xərclərinin artması ilə əlaqədardır.
2023-cü maliyyə ilində federal hökumətin gəlirləri keçən illə müqayisədə 9,3 faiz azalaraq 4,4 trilyon dollara düşdüyü halda, eyni dövrdə xərcləri 2,2 faiz azalaraq 6,1 trilyon dollar olub.
Mövzu ilə bağlı açıqlamasında ABŞ-ın Maliyyə Naziri Janet Yellen qlobal mənfi proseslərə baxmayaraq ölkə iqtisadiyyatının dayanıqlılığını qoruduğunu və ABŞ-ın 2023-cü ildə tənəzzülə girəcəyi ilə bağlı gözləntilərin özünü doğrultmadığını bildirib.
ABŞ prezidenti Co Bayden administrasiyasının ölkə iqtisadiyyatının "sağlam və dayanıqlı inkişafa" keçidini istiqamətləndirməyə diqqətini davam etdirdiyini qeyd edən Yellen deyib: "Çətinliklərin öhdəsindən gəlməkdə qərarlıyıq". / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Az pulla hansı işi qurmaq olar?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İnstaqramda biznes qurmağın yolları