ABŞ istehsal sektoru zəiflədi
ABŞ-ın istehsal sektoru sentyabr ayında ardıcıl yeddinci ay daralsa da, daralma tempi bir qədər yavaşlayıb.
İstehsal indeksi 51-ə yüksəlib və müəyyən rahatlama gətirib.
Biznes.az xəbər verir ki, avqust ayı ilə müqayisədə cüzi artıma baxmayaraq, məşğulluq 45,3% səviyyəsində zəif qalıb. Təchizatçı tədarükləri ardıcıl ikinci ayda yavaşlayıb və indeksi 52,6%-ə, ehtiyatlar isə 47,7%-ə düşüb.
ISM Prezidenti Susan Spence sentyabr nəticələrini belə dəyərləndirib:
"Sentyabr ayındakı yaxşılaşma əslində önəmsizdir, çünki yeni sifarişlər və ehtiyatlardakı azalma, istehsal artımını kölgədə qoydu. Müştəri ehtiyatları hələ də çox aşağıdır, bu gələcəkdə istehsalı dəstəkləyə bilər, amma ümumi şərtlər zəifliyin davam edəcəyinə işarə edir."
"Əsas altı sektordan yalnız Neft və Kömür Məhsulları sentyabrda böyümə göstərə bilib. Digər tərəfdən, 11 sektor – o cümlədən ağac məhsulları, kimya, kompüter və elektronika məhsulları daralma barədə məlumat verib",-deyə əlavə edib.
Yəni ABŞ istehsalında zəiflik genişlənməyə davam edir, sektorların çoxu tənəzzülə girib, yalnız enerji yönümlü sahələrdə müsbət dinamika müşahidə olunur.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
Bill Qeyts kimdir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 adamı