ABŞ Meksikanın üç bankına sanksiya tətbiq edib
ABŞ hökuməti ilk dəfə olaraq Meksikada fəaliyyət göstərən üç bankı narkotik kartellərinə maliyyə dəstəyi göstərdiyi üçün sanksiyalar siyahısına daxil edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi rəsmi məlumat yayıb.
Sanksiya tətbiq edilən maliyyə institutları – "CIBanco", "Intercam Banco" və "Vector Casa de Bolsa" – "Sinaloa", "Jalisco New Generation" və "Golfo" kartelləri üçün çirkli pulların yuyulmasında və Çindən gətirilən sintetik narkotiklərin istehsalında istifadə olunan maddələrin maliyyələşdirilməsində ittiham olunur.
Maliyyə Departamentinin direktoru Skot Bessentin sözlərinə görə, bu banklar fentanil tədarük zəncirinin əsas halqaları kimi çıxış edir və transmilli cinayətkar şəbəkələrin maliyyə infrastrukturunu təmin edirlər.
Nazirlik qeyd edib ki, beynəlxalq narkotik ticarətinə qarşı mübarizə Meksika hakimiyyəti ilə sıx əməkdaşlıq çərçivəsində aparılır.
Xatırladaq ki, daha əvvəl – mayın 5-də Bloomberg ABŞ Ədliyyə Departamentinin mütəşəkkil cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan idarələrarası işçi qrupunun ləğvini planlaşdırdığı barədə məlumat yaymışdı. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Onlayn biznes ideyaları
Marketinq nə demədir?
Biznesə aid ən yaxşı 10 kitab
Françayzinq nədir və necə olur?