ABŞ və Çin arasında iqtisadi yarış: Qazaxıstan üçün hər hansı risk varmı?

ABŞ və Çin arasında iqtisadi yarış: Qazaxıstan üçün hər hansı risk varmı?ABŞ və Çin arasında ticarət əlaqələrinin intensivliyi bütün dünyanı narahat edir. Demək olar ki, bütün ölkələrin inkişafı iki gücün ticarətindən asılıdır.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-Çin münasibətləri dünyada ən mühüm ikitərəfli əlaqələrdən biridir. Güclər bir-birinin ikinci ən böyük ticarət tərəfdaşıdır.
Lakin son zamanlar ölkələr bazara rəhbərlik etmək üçün iqtisadi liderlik uğrunda mübarizəni gücləndiriblər.
Politoloq Adil Kaukenov deyir ki, çinlilərin qlobal inkişafı amerikalıları narahat edir.
"Çin artıq bir çox sahələrdə, xüsusən də yüksək texnologiyalar sektorunda ABŞ-a çatıb. Məsələn, elektromobillər sahəsində hətta rəqibindən də üstündür. Eyni şey qadcetlərin istehsalında da müşahidə olunur, bazarda Çin smartfonlarının real bolluğu var", – deyə politoloq bildirib.
Hər iki ölkənin administrasiyası dəfələrlə bildirib ki, söhbət sıx rəqabətdən gedir. Lakin dünya güclərin bəyanatlarına ehtiyatla yanaşır.
"Bunlar iki nüvə gücüdür, ən böyük dünya iqtisadiyyatları, nəhəng investorlar, Asiya ilə Avropa, Şərq və Qərb arasında bütün ticarət onlardan asılıdır. Bütün dünya ticarətini 700 milyard dollardan çox olan ABŞ-Çin ticarət dövriyyəsi idarə edir. Bu baxımdan ekspertlər vurğulayırlar ki, aşkar fikir ayrılığı təkcə Çin və ABŞ-ın deyil, həm də dünya birliyinin daxili işidir", – Kaukenov deyib.
"The Washington Post" qəzetinin məlumatına görə, ABŞ Çin mallarının alışını kəskin şəkildə azaldıb. Belə ki, bu ilin əvvəlindən may ayına qədər 2022-ci ilin eyni dövrü ilə müqayisədə Çindən məhsul idxalı 24% azalıb.
Politoloq qeyd edib ki, qarşılıqlı ticarətin iflasa uğramasının əsas səbəbləri tarif məhdudiyyətləri olub:
"Birləşmiş Ştatlar bundan narazıdır. Bu xüsusilə Donald Tramp və Co Baydenin dövründə özünü büruzə verdi. ABŞ Çinin onlara çox yaxınlaşmasından narahatdır və liderliyi itirmək riski ilə üzləşir. Amerikalılar şirkətlərinin uduzmasından hiddətlənirlər. Buna görə də amerikalı mühəndislər Çin şirkətlərinə kömək etmək istəmirlər. Cavab olaraq, ən böyük Çin bizneslərinə qarşı sanksiyalar tətbiq edirlər".
Amerika şirkətləri Çin tədarükçülərindən daha müstəqil olmaq istədikləri üçün onların arasında rəqabət güclü olaraq qalır. Məlumatlara görə, Çinin ABŞ-a ümumi ixracının təxminən 66%-i tarif məhdudiyyətləri ilə yüklənir. Çinin ABŞ-a ixracında nəzərəçarpacaq azalma İT avadanlığı, elektronika, avtomobil hissələri və yarımkeçiricilər kimi mallarda müşahidə olunur.
"Bu yarışda kimin qalib gələcəyini proqnozlaşdırmaq mümkün deyil. Çünki bu, canlı bir prosesdir. Amma təbii ki, hansısa fors-major hallar ola bilər. Müxtəlif bölgələrdə mübarizə olacaq və bu, ölkələrin hansı texnologiyalara üstünlük verəcəyindən asılıdır. Çin geridönüşü olmayan həddə çatıb və ticarətdə belə kəskin uçurum yoxdur. Baxmayaraq ki, Çin və ABŞ arasında siyasi mübarizə gedir və sanksiyaları nəzərə alsaq, ticarət hələ də artmaqdadır. Heç bir məhdudiyyət olmasaydı, daha da sürətlə inkişaf edərdi", – deyə Adil Kaukenov vurğulayıb.
Yaranmış vəziyyəti şərh edən Çin Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ Çin şirkətlərini sanksiya siyahısına daxil etmək və onlara qarşı təzyiqləri genişləndirməklə Sincan bölgəsinin rifah və sabitliyinə xələl gətirməyə, ölkənin inkişafının qarşısını almağa çalışır.
Bundan əlavə, Çin ABŞ hökumətinin Tayvan bölgəsinə hərbi yardım göstərmək qərarına öz narazılığını və kəskin etirazını bildirir.
Riskləri azaltmaq üçün istehsalçılar öz obyektlərini Cənub-Şərqi və Cənubi Asiyaya köçürür. Çinin mövqeyindən istifadə edən üç ölkə – Meksika, Vyetnam və Tailand ABŞ-la geniş miqyasda ticarət etməyə hazır olduqlarını bildirib.
Politoloq Adil Kaukenovun sözlərinə görə, geosiyasi rəqabət dünyanın birliyinə pis təsir edir:
"Çinin Amerika bazarına, ABŞ-ın isə Çin bazarına ehtiyacı var. Bununla belə, Çin ABŞ-a öz məhsulunu daha çox satır".
A. Kaukenov bildirib ki, Qazaxıstan bu proseslərdən çox uzaqdır. Ona görə ki, bu ticarət yolları bizdən keçmir:
"Qazaxıstan okeana çıxışı olmayan quru ölkədir. ABŞ və Çin arasında bütün ticarət dəniz yolu ilə gedir. Gördüyümüz yeganə şey informasiya hücumudur. Bizim üçün başqa bir məqam da var ki, Çin bizim qonşumuzdur, ən böyük iqtisadi və investisiya tərəfdaşlarından biridir. ABŞ-la əlaqələr də bizim üçün önəmlidir, amma bizdən uzaqdır. Qlobal miqyasda böyük diplomatik, siyasi, iqtisadi parçalanma baş verərsə, təbii ki, bu, bizə mənfi təsir göstərəcək".
Qeyd edək ki, indiyə qədər Çin və ABŞ arasında iqtisadi gərginlik artmaqdadır. Yaxın vaxtlarda ABŞ Çinin yüksək texnologiya sektoruna investisiyaları məhdudlaşdıran qanun layihəsi hazırlamaq niyyətindədir. Öz növbəsində, Çin administrasiyası ticarət məhdudiyyətləri ilə bağlı məsələlərin həlli üçün ABŞ-a səfər etməkdə maraqlıdır. Ona görə hələ də dinc dialoq və tariflərin yumşaldılması şansı var.
İqbal Rzayev,
KONKRET.az

Xəbərlər     Tarix: 08 avqust 2023

Oxşar xəbərlər

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə


iqtisadi xeberler pul qazanmaq dollar mezenne avtomobil xeberleri kripto