"Abşeron" yatağının işlənilməsinin növbəti mərhələsində qaz Türkiyə və Avropaya yönəldilə bilər

Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağının işlənilməsinin növbəti mərhələsi çərçivəsinda təbii qaz Türkiyə və Avropa bazarlarına yönəldilə bilər.
Bu barədə "TotalEnergies-Azerbaijan" şirkətinin baş direktoru Emmanuel de Guillebon Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə bu gün keçirilən 10-cu Yubiley Xəzər Texniki Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda yataqda hasil olunan qaz daxili bazarda satılır, lakin layihənin növbəti mərhələsində həcmlərin artacağını nəzərə alaraq, ixrac üçün Türkiyə və Avropa bazarları nəzərdən keçirilir.
O bildirib ki, qeyd olunan bazarlarda tələbatın olub-olmaması sual altında deyil, əsas məsələ, qazın lazımi bazarlara çatdırılması və nəqlidir.
E. Guillebon əlavə etdi ki, bu prosesin (qaz ixracının təşkili -red.) mövcud infrastrukturun hazırkı imkanları hesabına və ya gənişləndirilməsi vasitəsilə təşkili olacağı müzakirə olunur.
Xatırladaq ki, bu ilin avqustunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın "TotalEnergies" şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının satışına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti "Abşeron" qaz-kondensat yatağında 30 % iştirak payı əldə edəcək, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35 % təşkil edəcək. / banker.az

Xəbərlər     Tarix: 21 noyabr 2023

Oxşar xəbərlər

Pensiyalar eyni faizlə artırılmayacaq

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı kateqoriyalardan olan şəxslərin mənzil və avtomobillə təminatı istiqamətində iş aparılır. Maraqlıdır ki, mənzillər və avtomobillər kimlərə pulsuz verilir? Ümumiyyətl

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb - SON QİYMƏT

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,5 dollar və ya 4,6% artaraq 124,76 ABŞ dolları olub

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

"Bu, yeni sosial paketin anonsudur" - Pensiya artımında yeni qayda

Azərbaycanda əmək pensiyalarının növbəti dəfə indeksləşdirilməsi diferensial həyata keçiriləcək. xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu gün Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP


iqtisadi xeberler pul qazanmaq biznes xeberleri dollar məzənnəsi bitkoin