Abşeronun sahibkarları ilə görüş keçirilib - FOTOLAR
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
200-dən çox sahibkarın iştirakı ilə görüşlər keçirilib - FOTO
FED.az xəbər verir ki, agentliyin məlumatına görə, Dövlət Suverenliyi Günü münasibətilə təşkil olunan görüşdə sənaye, tikinti, kənd təsərrüfatı, heyvandarlıq, quşçuluq, ictimai iaşə və s. sektorlarda fəaliyyət göstərən 140-a yaxın sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və əlverişli biznes mühitin yaradılması üçün dövlətin dəstək alətləri, eləcə də rayonun iqtisadi potensialı və mövcud imkanlardan istifadə olunmaqla yeni bizneslərin yaradılması, investisiya qoyuluşu üçün perspektivlər barədə məlumat veriblər.
Bildirilib ki, Abşeron rayonu müxtəlif biznes sahələri üzrə böyük potensiala malikdir. Abşeronda sahibkarlar və öz biznesini qurmaq istəyən şəxslər xidmət və tikinti sektorunda investisiya imkanlarını dəyərləndirə bilərlər. Rayonda ictimai iaşə, logistika, təhsil və səhiyyə xidmətlərinin təşkili üçün potensial genişdir. Xüsusilə də innovativ yanaşmalar tətbiq etməklə məhsul və xidmət çeşidini artırmaq olar.
Dövlət tərəfindən təqdim olunan subsidiyalar, güzəştli kreditlər, vergi güzəştləri, investisiya təşviqi sənədi, klasterləşməyə dəstək və digər mexanizmlər rayonda fəaliyyət göstərən sahibkarlar və biznesə başlayanlar üçün əhəmiyyətli imkanlar yaradır. Yeni biznes ideyaları və investisiya təşəbbüsləri olan sahibkarlar KOBİA-nın dəstək mexanizmlərindən də faydalana bilərlər.
Görüşdə torpaqların təyinatının dəyişdirilməsi, işğaldan azad olunmuş ərazilərdə inkluziv tədris mərkəzinin yaradılmasına, xarici bazarlara və ticarət şəbəkələrinə çıxışa dəstək, güzəştli kreditlər, sahibkarlıq fəaliyyətinin sənədləşdirilməsi, müxtəlif infrastruktur və kommunal xidmətlərlə bağlı məsələlər müzakirə edilib, sahibkarların ehtiyacları və təklifləri dinlənilib, sualları cavablandırılıb.
Abşeron rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri "Zəhmət Ruzi" MMC-nin ət və süd məhsulları istehsalı müəssisəsini ziyarət ediblər. İstehsal prosesi ilə tanışlıq zamanı müəssisənin gələcək planlarının reallaşdırılması üçün dövlət dəstəyi barədə fikir mübadiləsi aparılıb. Qeyd edək ki, müəssisə KOBİA-nın müxtəlif dəstək alətlərindən, o cümlədən satış imkanlarının genişləndirilməsi mexanizmindən istifadə edib.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Bill Qeyts kimdir?
"iPhone 15" modelinin üstünlükləri
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?