AccessBank-dan sərfəli və əlçatan maliyyə imkanı: 40 000 manatadək nağd kredit
®Müştəri yönümlü xidmət strategiyasını davam etdirən və maliyyə əlçatanlığını genişləndirməyi prioritet hesab edən AccessBank, 40 000 manatadək nağd kredit təklifini daha sərfəli şərtlərlə təqdim edir.
Yeni təklif çərçivəsində müştərilər illik minimum 10% faiz dərəcəsi ilə fərdi ehtiyaclarına uyğun kredit məhsulundan yararlana bilərlər. Kredit şərtləri müştərinin seçimlərinə və müraciət zamanı təqdim etdiyi məlumatlara əsasən formalaşdırılır.
AccessBank müştərilərinə kredit kalkulyatoru vasitəsilə aylıq ödənişlərini öncədən hesablamaq imkanı yaradır. Bu da daha düzgün maliyyə planlaması aparmağa və qərarvermə prosesini asanlaşdırmağa kömək edir.
Kredit almaq istəyən şəxslər, həmçinin onlayn kredit xidmətindən yararlanaraq banka gəlmədən, əlavə vaxt itirmədən sürətli və rahat şəkildə kredit əldə edə bilərlər.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Onlayn biznes ideyaları
Marketinq nə demədir?
Biznesə aid ən yaxşı 10 kitab
Françayzinq nədir və necə olur?