AÇG-dən SOCAR-a qazın ötürülməsi 9% artıb
Bu ilin birinci yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə 1,2 mlrd. kubmetr səmt qazı ötürülüb ki, bu da illik müqayisədə 9,1% çoxdur.
Bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatında bildirilir.
Sənədə əsasən, hesabat dövründə AÇG-dən SOCAR-a gündə orta hesabla 6,4 mln. kubmetr qaz verilib.
"Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub", – hesabatda qeyd olunub.
Qeyd edək ki, AÇG-də hasil edilən qazın bir hissəsi SOCAR-a təmənnasız olaraq verilir.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inrex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq. / banker.az

"TuranBank" səhmdarlarının növbəti yığıncağı keçiriləcək
Dövlət büdcəsinin gəlirləri azalıb
Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı
"AFB Bank" işçi sayını 131 nəfər artırıb
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
Mərkəzi Bankın FinCERT-i qlobal kibertəhlükəsizlik təşkilatına üzv qəbul edildi
"Express Lombard"da yığıncaq keçiriləcək
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb
"Azər Türk Bank"da yeni təyinat
PAŞA Bank növbəti "Bazar trendləri və hedcinq məhsulları" tədbirini keçirib
Onlayn biznes ideyaları
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Hazır bizneslərdə ən çox edilən 5 səhv
5 liderlik göstəricisi