ADA Universiteti İtaliya universiteti ilə birgə Şəkidə Dizayn və memarlıq fakültəsinin açılışını edib

ADA Universiteti İtaliya universiteti ilə birgə Şəkidə Dizayn və memarlıq fakültəsinin açılışını edibNoyabrın 27-də ADA Universiteti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Şəkidə Milan Politexnik Universiteti ilə birgə Dizayn və memarlıq fakültəsinin açılışını edib.
Tədbirdə yüksək vəzifəli rəsmilər, dövlət, özəl və akademik qurumların təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və Milan Politexnik Universitetinin nümayəndə heyəti iştirak ediblər.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Fakültənin açılış mərasimi görkəmli Azərbaycan maarifçisi Firudin bəy Köçərlinin ömür-gün yoldaşı Badisəba xanımın Şəki əhalisinə xidmət göstərdiyi keçmiş uşaq evində - Zülfüqarovların malikanəsində, ADA icması üçün ilham mənbəyi olan məkanda keçirilib. Məsləkcə müəllim olan Badisəba xanım 400-dən çox kimsəsiz uşağın tərbiyəsində göstərdiyi xidmətlərə görə Şəkidə daha çox "Badisəba ana" adı ilə tanınıb.
Tədbir Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun salamlama nitqi ilə başlayıb.
ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd və Milan Politexnik Universitetinin professoru Silviya Ferraris ADA Universitetinin regionallaşma strategiyası və yeni Dizayn və memarlıq fakültəsinin gələcək planları haqqında geniş təqdimatla çıxış ediblər.
Tədbir ADA Universitetinin rektoru Hafiz Paşayev, elm və təhsil naziri Emin Əmrullayev və mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə panel müzakirəsi ilə davam edib. Paneldə, həmçinin Azərbaycan Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva da iştirak ediblər.
Panel müzakirəsində çıxış edən rektor Hafiz Paşayev bildirib: "Bu, bizim üçün əlamətdar gündür. Bu gün təkcə yeni fakültənin açılışı ilə bağlı deyil, bu gün həm də icma quruculuğuna göstərdiyimiz xidmətlə bağlı gündür. Bu gün irs, memarlıq və təhsildən ibarət trionun simfoniyasından bəhs edir.
ADA Universiteti vaxtilə kampusunu Bakı şəhərində Azərbaycan irsi və mədəniyyətindən ilhamlanaraq tikib. Beynəlxalq əməkdaşlıq əsasında qurulan bu yeni fakültənin xüsusən Şəkidə, tarixi Zülfüqarovların malikanəsində istifadəyə verilməsi ilə biz irsin dirçəldilməsi istiqamətində yeni bir səhifə açırıq. Bu, bizim ölkəyə göstərdiyimiz xidmətin təcəssümüdür".
Qeyd olunub ki, fakültənin açılması beynəlxalq əməkdaşlığın və Milan Politexnik Universiteti tərəfindən aparılan ətraflı ilkin araşdırmanın nəticəsidir. Fakültənin akademik proqramları şəhər quruculuğunun icma quruculuğu ilə bərabər səviyyədə olan əhəmiyyətini ön planda tutaraq ölkədə memarlıq, şəhərsalma və dizayn sahəsinə yeni baxış gətirəcək. Fakültənin akademik portfelinə memarlıq, şəhərsalma, o cümlədən interyer dizaynı, kommunikasiya dizaynı, məhsul dizaynı və landşaft dizaynı sahələrində bakalavr, magistr və sertifikat proqramları daxildir.
Bildirilib ki, bu fakültənin regionda fəaliyyətə başlaması həm də Qazax-Şəki-Gəncə trayektoriyasını özündə əks etdirən ADA Universitetinin regionlaşma strategiyasının tərkib hissəsidir. İtaliya memarlığının konservasiyası və modernləşdirilməsi sahəsində geniş təcrübəsindən bəhrələnən və ADA Universitetinin tarixi binaları bərpa etmək və onları təhsil institutuna çevirmək missiyasını özündə birləşdirən fakültə təhsil sahəsində "miras dirçəlişi"nin çırağı və beynəlxalq əməkdaşlığın simvolu olacaq. / marja.az

Maraqlı     Tarix: 28 noyabr 2023

Oxşar xəbərlər

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

XXI əsrin mərkəzi bankı necə olmalıdır?

Müəllif: Daniel Moss, Bloomberg Opinion-un köşə yazarı, Asiya iqtisadiyyatları üzrə ekspert. Daha əvvəl Bloomberg News-da iqtisadiyyat üzrə icraçı redaktor olub. Dünyanın ən nüfuzlu maliyyə institutları zamanın gerisind

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü


iqtisadi xeberler en son xeberler birbank emlak xeberleri investisiya