"Adam var 4 000, eləsi də var 600 manat alır" – Maaş statistikasına reaksiya
"Bakı Statistika İdarəsinin (BSİ) açıqladığı orta aylıq əməkhaqqının 1.174 AZN olması rəsmi meyarlarla hesablanıb. Bu da məntiqli bir açıqlamadır və həqiqəti demək olar ki, 80% əks etdirir".
KONKRET.azxəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadi ekspert Asif İbrahimli deyib.
Mütəxəssis BSİ-nin açıqladığı hesabatın şişirdilmiş olmadığı qənaətindədir:
"Çünki Bakı şəhərinin ərazisində çalışan muzdlu işçilər əməkhaqqı ilə yanaşı bonus və mükafatlar da alırlar. Sırf bunun rəsmi hissəsinin statistikası çıxarılıb. Əldə olunan məlumatlar isə Bakı şəhərində yaşayan işçilərin rəsmi əməkhaqqına əsaslanır. Təbii ki, adam var 4.000 maaş, eləsi də var 600 AZN alır. Bu da tamamilə həqiqətə uyğundur. Ola bilər ki, bəzi rəqəmlər nəzərdən qaçsın, çünki belə hallar praktikada müşahidə olunur, amma konkret olaraq söylədiyim məsələ tamamilə məntiqli və ağlabatandır. Nəticələr rəsmi rəqəmlər əsasında ortaya çıxarılıb".
"O ki qaldı maaşların qalxmasına, konkret olaraq hər il hökumət baş verən inflyasiya hədlərinə uyğun olaraq minimum əməkhaqları müəyyənləşdirir. Məsələn, keçən il ortalama əməkhaqqı 900 AZN-dən çox idi. Bu isə keçən ilin 250 manat civarında hesablanan minimal əməkhaqqı nisbətində müəyyənləşmişdi. Düşünürəm ki, bu yanaşma ilə cari ilin sonunda, yaxud növbəti ilin əvvəlində bu məsələlər nəzərə alınacaq və dövlət büdcəsi üzrə layihə hazırlanarkən hökumət tərəfindən bununla bağlı lazımi addımlar atılacaq. Necə ki hər il atılır. Çünki ölkədə olan inflyasiya nisbətinə görə minimal əməkhaqları və minimal istehlak səbətlərinin sayı artırılır. Lakin bu artımı, əsasən, yanvar-fevral aylarında gözləməliyik", – A. İbrahimov fikirlərini yekunlaşdırıb.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Françayzinq nədir və necə olur?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Amazonda satış etmək üçün bilməli olduqlarınız