ADB: Azərbaycanda dövlət xidmətlərinə özəl şirkətlərin cəlb edilməsi səmərəli alət ola bilər

ADB: Azərbaycanda dövlət xidmətlərinə özəl şirkətlərin cəlb edilməsi səmərəli alət ola bilərAzərbaycanda dövlət xidmətlərinin göstərilməsinə özəl şirkətlərin cəlb edilməsi ilə konkret nəticələrə yönəlmiş müqavilələrin hazırlanması iqtisadiyyatda özəl sektorun iştirakının genişləndirilməsi üçün səmərəli alət ola bilər.
"Ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizdən çoxdur"
FED.az xəbər verir ki, bu barədə  Asiya İnkişaf Bankı (ADB) bildirir.
Bank vurğulayıb ki, özəl sektorun cəlb edilməsi sistemli yanaşma tələb edən bir sıra siyasi və institusional çağırışlarla üzləşir.
"Bu problemlərin həlli üçün dövlət müəssisələrinin islahatı, dövlət-özəl tərəfdaşlığı üçün şəraitin yaxşılaşdırılması, insan kapitalının inkişafı, həmçinin "yaşıl" və dayanıqlı infrastruktura investisiyaların yatırılması daxil olmaqla kompleks tədbirlər tələb olunur. Bu istiqamətlər daha şaxələndirilmiş, rəqabətqabiliyyətli və ekoloji cəhətdən dayanıqlı iqtisadiyyatın qurulması üçün çox vacibdir", - ADB-nin hesabatında qeyd olunub.
Hesabat müəlliflərinin fikrincə, dövlət-özəl tərəfdaşlığı mexanizmi təkcə özəl sektorun iştirakını genişləndirməyə deyil, həm də infrastruktur layihələrinin səmərəliliyini və dayanıqlılığını, göstərilən xidmətlərin keyfiyyətini artırmağa qadirdir.
ADB xatırladıb ki, 2022-ci ildə Azərbaycan dövlət və biznes arasında daha aktiv qarşılıqlı fəaliyyət üçün əsas yaradan dövlət-özəl tərəfdaşlığı haqqında yeni qanun qəbul edib. Bank vurğulayıb ki, mexanizm hələ reallaşdırılmanın erkən mərhələsindədir və nəzərəçarpacaq nəticələrə nail olmaq üçün vaxt tələb edir.
ADB ekspertlərinin fikrincə, hazırkı mərhələdə dövlət-özəl tərəfdaşlığı layihələrinin seçilməsi, qiymətləndirilməsi və prioritetləşdirilməsində potensialın inkişafına diqqət yetirmək lazımdır. Kredit təminatı elementləri olan məhsullar da daxil olmaqla innovativ maliyyə alətlərinin hazırlanması əlavə impuls təmin edə bilər. Bu, layihələrin investisiya cəlbediciliyini artırmağa, göstərilən xidmətlərin daha keyfiyyətini yüksəltməyə və s. imkan verəcək. Buraya xüsusilə nəqliyyat, energetika, su təchizatı və təhsil kimi sahələr daxildir. (Report)

Biznes     Tarix: 09 aprel 2025

Oxşar xəbərlər

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə

Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 418 Azərbaycan investisiyalı şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Gürcüstanın "BusinessPress" nəşri yazıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatın

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə


iqtisadi xeberler emlak xeberleri dollarin kursu bu gun dollar mezenne bank faizleri