"AFB Bank" böyüyür, gəlirli aktivlərinin payı artır

"AFB Bank" ASC 2023-cü ilin sonuna aktivlərini 328.71 mln. manata çatdırıb və son dörd ay üzrə göstəricilərindən məlum olur ki, bankın aktivlərində gəlirli olan hissə artmaqdadır.
Banker.az bankın kənar audit tərəfindən təsdiqlənən hesabatına istinadən xəbər verir ki, bu da son bir ildə 17 faizlik artım deməkdir. Kommersiya bankının aktivlərinin həcmi ötən ilin əvvəli 280.53 mln. manat idi.

Bank bu müddət ərzində müştərilərə verdiyi xalis kreditlərinin həcmini 162.35 mln. manata yüksəldib ki, ilin əvvəlində bu rəqəmin 151.06 mln. manat olduğunu nəzərə alsaq, bu da bankın son ildə 7 faizlik yüksəliş dinamikasına nail olması deməkdir.
Hesabata əsasən, "AFB Bank" müştərilərdən cəlb etdiyi əmanətləri il ərzində 124.78 mln. manatdan 169.4 mln. manata yüksəldib ki, bu da illik müqayisədə 36 faiz artımdır.
Bankın xalis faiz gəliri son illik müqayisədə 24 faiz artımla 14.04 mln. manata yüksəlib. Xalis faiz gəliri dedikdə cəmi faiz gəlirləri ilə cəmi faiz xərcləri arasındakı fərq nəzərdə tutulur.
Bankın idarəetmə hesabatına əsasən isə, o, ötən il bir sıra uğurlu layihələrdə iştirak edib. Bura kartlarında "Apple Pay" və "Google Pay"in tətbiqi, "VİSA Prinsipal"a üzvlük, "VİSA Acquiring" lisenziyasının, "MasterCard Cross Border", POS-terminalların HÖP-ə inteqrasiyası" və Ehtiyyat Mərkəzinin yenilənməsinin layihələrini aid etmək olur.
Hesabat müddətində bankın tarixinə yazılan digər uğurlu hadisə isə "Google Pay"də ən qısa zamanda inteqrasiya edən bank və eləcə də "Apple Pay"da 100% səhvsiz nəticə ilə dünyada ilk sıralara adını yazdırması olub.
Bəs 2024-cü ilə necə başladı?
"AFB Bank" son bir ildə kredit portfelində mühüm irəliləyişə nail ola bilib. 2023-cü ilin ilk 4 ayın sonuna 166.11 mln. manat olan kredit portfelinin həcmi cari ilin eyni dövründə 177.07 mln. manatı  adlayıb. Bu, onun son bir ildə əsas fəaliyyət istiqaməti – müştərilərə verilən kreditləri 7 faiz artırması anlamına gəlir.
Bankdakı müddətli hesabların həcmi də son bir ildə 13 faiz artaraq 1 may 2024-cü il tarixinə 34.75 mln. manata yüksəlib. Bankda cari hesabların həcmi isə 84.29 mln. manatdır.
Bankdan verilən məlumatda qeyd edilir ki, ilin ilk dörd ayında onun mənfəəti 2.2 mln. manatdır.
Bankın aktivlərində digər diqqət çəkən məqam gəlirli olan hissənin cəmi akitvlərdəki payının son bir ildə 74.8 faizdən 78.3 faizə və kredit portfelinin aktivlərdəki payının 57.4 faizdən 63.2 faizə qədər artmasıdır ki, bu da növbəti illərdə onun gəlirliliyinin formalaşmasında mühüm müsbət təsir edəcək.

Banklar     Tarix: 06 may 2024

Oxşar xəbərlər

Bank Respublika "Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank" seçildi

Bank Respublika Aqrobiznesin İnkişafı Forumunda növbəti dəfə mükafata layiq görüldü!. Bakıda "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) v

Bu BOKT 2 dəfə böyüyüb, xalis mənfəəti 3,4 dəfə artıb

"Caspian Finance BOKT" MMC 2025-ci ili 1 milyon 284 min 682 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 377 min 226 manat təşkil etmişdi. Beləliklə, BOKT-un xalis mənfəəti illik müqayisəd

PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu ("Caspian Agro Week") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan"

"Global Finance" ABB-ni yenidən ölkə üzrə "İlin ən yaxşı bankı" seçdi

Dünyanın məşhur "Global Finance" jurnalı "İlin ən yaxşı bankı" mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 6 ildə 4-cü dəfə ölkə üzrə "İlin ən yaxşı bankı" seçilib. ABB bu mükafata mənfəətliliyinə

"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"

"Azərbaycanda "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bəzən gün ərzind

"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Təşkilatı

Yelo Bank-ın Summer Challenge 2026 təcrübə proqramına qeydiyyat başladı

Yelo Bank karyera pillələrini inamla addımlamaq istəyən dinamik gənclər üçün qapılarını açır. Bankın hər il böyük maraqla qarşılanan "Summer Challenge 2026" təcrübə proqramına qeydiyyat başladı. Bu proqram tələb

Mərkəzi Bank qiymətlər üzrə proqnozlarını qaldırdı – İllik inflyasiya 6%-ə yüksələ bilər

Azərbaycan Mərkəzi Bankının yenilənmiş may proqnozuna görə 2026-cı il üzrə illik inflyasiya 5.9 faizə yüksəldilib. Halbuki, 2026-cı ilin ilk fevral iclasında bu rəqəm 5.5 faiz təşkil edirdi. xəbər verir ki, 2027-ci il üzr

BOKT "KREDEX" QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı

BOKT "KREDEX" QSC 2025-ci ili 1 milyon 95 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2024-cü ili 1 milyon 298 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "KREDEX" QSC -nin xali


iqtisadi xeberler valyuta kurslari dollar məzənnəsi en son xeberler depozit faizleri