Ağ ev gömrük rüsumlarını yumşaldacaqmı? - Vəziyyət kritikdir
Ağ Ev, ABŞ avtomobil sənayesinə tətbiq olunan mövcud gömrük rüsumlarını yumşaltmağa hazırlaşır.
Biznes.az xəbər verir ki, bu addım, rekord səviyyəyə çatan idxal tariflərinin yaratdığı mənfi təsirləri azaltmaq baxımından avtomobil istehsalçıları üçün mühüm bir nailiyyət kimi qiymətləndirilir.
ABŞ Ticarət Nazirliyi avtomobil istehsalçılarının idxal olunan avtomobil hissələrinə ödədikləri rüsumları azaltmalarına imkan verən bir qaydanı beş il müddətinə uzatmağı planlaşdırır. Sözügedən qaydanın əvvəllər iki il sonra qüvvədən düşəcəyi gözlənilirdi.
Siyasətin, idxal olunan yük maşınlarına tətbiq edilən rüsumları da əhatə edəcək şəkildə rəsmi hökumət sənədlərində ətraflı şəkildə göstərilməsi gözlənilir.
Bu inkişaf, Ford və General Motors (GM) kimi avtomobil istehsalçılarının ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yüksək gömrük rüsumlarından azadolma tələbi ilə apardıqları danışıqlardan sonra baş verib. ABŞ-lı avtomobil istehsalçıları Tramp administrasiyasının idxal olunan avtomobillərə, hissələrə, eləcə də polad və alüminium kimi xammallara tətbiq etdiyi rüsumlar səbəbindən xərclərin artması ilə üzləşmişdilər.
Ford-un baş icraçı direktoru Cim Farli bildirib ki, ABŞ ilə Yaponiya arasında imzalanmış ticarət sazişi, Yaponiya istehsalçılarının, xüsusilə Toyota Motorun, daha aşağı əmək haqqı və valyuta xərcləri sayəsində ABŞ-dakı rəqiblərinə nisbətən hər avtomobil üçün minlərlə dollarlıq xərc üstünlüyü əldə etməsinə şərait yaradıb. Bu sazişə əsasən, Yaponiyadan idxal olunan avtomobillərə tətbiq edilən gömrük rüsumları 27,5 faizdən 15 faizə endirilmişdi.
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Bu şəxslər işdən çıxarıla bilməyəcək -Yeni təminatlar
Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqd
Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər
Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Miqrasiya Məcəlləsind
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza