Ağ Ev Nvidia-nın B30A çipini Çinə satmasını qadağan edib
Ağ Ev Nvidia-nın B30A süni intellekt çipinin Çinə satışını qadağan edib
Biznes.az xəbər verir ki, ABŞ administrasiyası Nvidia şirkətinin süni intellekt üçün hazırlanmış B30A model çipini Çinə satmasına blok qoyub. Bu barədə The Information nəşri məlumat yayıb.
Məlumata görə, Ağ Ev federal qurumları Nvidia-nın sözügedən çipi Çin bazarına çıxara bilməyəcəyi barədə məlumatlandırıb.
Bildirilib ki, Nvidia daha əvvəl B30A çipinin nümunələrini çinli müştərilərə təqdim edib. Bu çip iri klasterlər şəklində işlədildikdə böyük dil modellərinin təlimi üçün yüksək performans göstərə bilir və məhz bu potensialına görə Çin şirkətləri arasında böyük tələbat qazanıb.
Şirkətdə çalışan iki mənbənin sözlərinə görə, Nvidia ABŞ hökumətinin qərarını dəyişdirmək üçün çipi yenidən dizayn etməyi planlaşdırır.
Ağ Ev isə məsələ ilə bağlı mediadan gələn sorğuları hələlik cavabsız qoyub.
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd