Aİ Azərbaycan və Ermənistan arasında əldə olunan atəşkəsi alqışlayıb
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında əldə olunmuş atəşkəsi alqışlayır.
azxeber.com xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano bildirib.
"Aİ Ermənistan və Azərbaycan arasında dünən saat 20:00-da qüvvəyə minmiş atəşkəs haqqında razılaşmanı alqışlayır. Atəşkəs rejiminə indiyə qədər riayət edildiyini bildirən yerli xəbərlər bizi ruhlandırır", - o vurğulayıb.
P.Stano həmçinin əlavə edib ki, Aİ tərəfləri hərbçilərin meyitlərinin təhvil verilməsi kimi humanitar addımları koordinasiya etməyə çağırır.
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind