Aİ-də qaz anbarlarının ehtiyatları 83%-ə yaxınlaşıb
Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 83%-ə yaxınlaşıb.
Bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatında bildirilir.
Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 82.91% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 9.7 faiz bəndi çoxdur. Lakin, bu, 2020-ci ilin rekord göstəricisindən (84%-dən artıq) aşağıdır.
Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi təqribən 91.1 mlrd. kubmetr təşkil edir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir və hansı növləri var?
SMM nə deməkdir?
CV hazırlayarkən buraxılan 5 səhv
ZARA-nın uğur hekayəsi