Aİ Lutnikə tariflərlə bağlı xəbərdarlıq edəcək
Aİ (Avropa İttifaqı) rəsmiləri, ABŞ-ın polad və alüminium tariflərini genişləndirmə təşəbbüsünün yay aylarında imzalanmış ticarət anlaşmasına zidd ola biləcəyindən narahatdır.
Biznes.az xəbər verir ki, Aİ-nın Ticarət Komissarı Maros Şefçoviç və üzv ölkələrin ticarət nazirləri bu məsələni 24 noyabrda Brüsseldə ABŞ-ın Ticarət Naziri Havard Lutniklə keçirəcəkləri görüşdə gündəmə gətirəcəklər. Aİ səfirləri isə ötən həftə bu müdaxiləyə hazırlıq görüblər.
Avqust ayında Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə ABŞ Prezidenti Donald Tramp arasında imzalanmış anlaşma bir çox Amerika məhsullarına tətbiq edilən tariflərin aradan qaldırılmasını və Avropa məhsullarına qoyulan tariflərin maksimum 15% ilə məhdudlaşdırılmasını nəzərdə tuturdu.
Lakin Aİ hələ də polad və alüminium ixracında 50% gömrük rüsumu ilə üz-üzədir. Bu rüsum metalları özündə ehtiva edən bir çox törəmə məhsullara da tətbiq olunur. Vaşinqton isə bu məhsul siyahısını ildə bir neçə dəfə yeniləyir.
Brüsseldə keçiriləcək danışıqlar transatlantik ticarət münasibətlərində yeni bir gərginliyin işarəsi kimi qiymətləndirilir.
Aİ, hazırda 400-dən çox məhsulu əhatə edən yüksək tariflərin və yeni sektorlara tətbiq edilə biləcək əlavə vergilərin yayda imzalanmış ticarət müqaviləsini və 15% limitini faktiki olaraq etibarsız hala gətirə biləcəyindən narahatdır.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Dünyanın ən bahalı restoranları
Onlayn biznes ideyaları
Evdə biznes qurmağın yolları
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv