Akar və Latviyanın müdafiə naziri Ukraynanı müzakirə edib
Türkiyə milli müdafiə naziri Hulusi Akar və Latviya Baş nazirinin müavini və müdafiə naziri Artis Pabriks arasında görüş baş tutub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Görüşdən sonra mətbuat konfransı keçirilib.
Akar Latviya ilə Türkiyə arasında dostluq və müttəfiqlik əlaqələrinin mövcudluğunu qeyd edərək, həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə etdiklərini bildirib.
"Ukraynanın müstəqilliyini və suverenliyini dəstəklədiyimizi vurğuladıq. Biz humanitar atəşkəsin, gərginliyin azaldılmasının və humanitar yardımın davamlı şəkildə çatdırılmasını təmin etmək üçün çalışırıq", – nazir deyib.
Türkiyəli nazir görüş zamanı taxıl daşınması ilə bağlı məsələ ətrafında söhbətin olduğunu da əlavə edib: "Mərkəz fəaliyyətdədir. Türkiyə, Rusiya Federasiyası, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının rəsmiləri yaxın saatlarda və yaxın günlərdə Ukrayna limanlarında gözləyən gəmilərin taxıl daşınmasına başlamaq üçün gecə-gündüz çalışırlar".

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Bitcoin necə işləyir?
Biznes təlimlər və tədris üsulları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta nədir və necə alınır?
Evdə biznes qurmağın yolları