Almaniya XİN rəhbəri Ukraynaya qəfil səfər etdi
Almaniya xarici işlər naziri Annalena Berbok Ukraynaya qəfil səfər edib.
KONKRET.az xəbər verir ki, nazir bu gün səhər paytaxt Kiyevə gəlib.
Bu, Berbokun Ukraynada müharibənin başlamasından sonra Kiyevə ikinci səfəridir.
XİN başçısı bildirib ki, baş tutmuş bu səfər Almaniyanın lazım olduğu müddətcə silahların tədarükü, humanitar və maliyyə dəstəyi ilə Ukraynanın yanında yer almaq niyyətinin davam etdiyini göstərir.
Berbok qeyd edib ki, səfəri Almaniyada mümkün müharibə yorğunluğunun qarşısını almaq məqsədi daşıyır.
"O, (Rusiya Prezidenti Vladimir Putin) inanır ki, bizim cəmiyyətlərimizi yalanlarla parçalaya, enerji tədarükü ilə şantaj edə bilər. Putinin hesablamaları yanlış idi. Çünki bütün Avropa bilir ki, Ukrayna bizim dinc nizamımızı müdafiə edir", – nazir bildirib.
Berbok kiçik nümayəndə heyəti ilə birlikdə Kiyevə Polşadan xüsusi gecə qatarı ilə səfər edib. Səfər çərçivəsində onun ukraynalı həmkarı Dmitri Kuleba, həmçinin digər rəsmilərlə görüşü planlaşdırılıb. Nazirin səfər planı təhlükəsizlik səbəbi ilə açıqlanmayıb.
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza