Almaniyada 24 min şirkət müflis olub
Qərbin Rusiyaya qarşı sanksiyaları və ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflər səbəbindən Almaniyada 24 mindən çox şirkət iflasa uğrayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu 2024-cü illə müqayisədə 8 faiz yüksəkdir və son 10 ildə ən yüksək rəqəmdir.
Almaniyanın "Focus" nəşrinə görə, buna səbəb Qərbin Rusiyaya qarşı sanksiyaları və ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflərdir .
İqtisadi ekspertlər ölkənin orta iqtisadi artımını - ildə cəmi 0,1-0,2 faiz proqnozlaşdırırlar. Məqalədə qeyd olunur ki, bu rəqəm faktiki olaraq durğunluğu göstərir. Bundan əlavə, Almaniyada əmək məhsuldarlığı azalır. 2025-ci ildə orta statistik alman təxminən 22 gün xəstəlik məzuniyyəti alıb və ölkədə ildə 30-dan çox dövlət tətili (istirahət günləri) olur:
"Biz almanlar ildə orta hesabla cəmi 1349 saat işləyirik ki, bu da Fransa (1490) və ya Böyük Britaniya (1500) kimi müqayisə edilə bilən ölkələrdən xeyli geri qalır. Məsələn, isveçrəlilər ildə bir ay daha çox (1533) işləyirlər, ABŞ-dan (1791) və hətta Çindən (2397) danışmırıq", - deyə müəllif vurğulayır.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Bitcoin necə işləyir?
Biznes nədir və hansı növləri var?
Fond birjası nədir?
"Freelance" nədir?