Almaniyada 96 saata 400 ölüm xəbərdarlığı - FOTO
Almaniyada 96 saata 400 ölüm xəbərdarlığı - FOTO
Almaniyanın bölgələrinin birində elektrik verilişinin dayanmasından sonra ilk 96 saatda 400-dən çox insan öləcək, hər tərəfdə qarət və xaos yaşanacaq.
Belə bir proqnozla Almaniyanın "Frankfurter Allgemeine Zeitung" (FAZ) nəşri çıxış edib.
Nəşr öz ssenarisini Hessen federal əyalətinin Raynqau-Taunus bölgəsi üçün proqnozlaşdırıb.
Bildirilir ki, jurnalistlər elektrik enerjisinin kəsilməsi halında nələrin baş verəcəyini ardıcıllıqla proqnozlaşdırıblar. Onların sözlərinə görə, ilk iki saat ərzində yanğın və mühafizə siqnalizasiyası, ardınca isə qəza-xilasetmə xidmətlərinin rabitə vasitələri sıradan çıxacaq. Bir gün sonra təmizləyici qurğuların işi dayanacaq, təxminən eyni vaxtda mal-qara itkisi başlayacaq. İşıq dörd və ya daha çox gün olmasa isə quldurluq və yanğınlar başlayacaq.
FAZ zərərin təxminən 200 milyon avro olacağını güman edir.
Bundan əlavə, proqnozlara görə, elektrik enerjisi olmasa, telefonlar işini dayandıracaq, stasionar telefonlar, ardınca mobil rabitə və rəqəmsal radio sıradan çıxacaq, internetə çıxış olmayacaq. Həmçinin, jurnalistlərin fikrincə, yanacaqdoldurma məntəqələrində benzin tükənəcək, elektron ödəniş sistemləri fəaliyyətini dayandıracaq.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın daxili işlər naziri Nensi Fezer ölkədə elektrik enerjisinin uzunmüddətli kəsilməsi və ya digər oxşar hadisələrin baş verə biləcəyi barədə xəbərdarlıq edib. Bu səbəbdən o, həmyerlilərinə evdə ərzaq və dərman ehtiyatı saxlamağı tövsiyə edib. Nazir həmçinin sakinlərə bir insanın on günlük həyatı üçün zəruri olanların sadalandığı "Əhalinin mühafizəsi üzrə federal departamentin siyahısı"ndan yararlanmağı təklif edib.
Mənbə: Gazeta.ru

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
İban nədir?
Biznes planı necə yazmaq lazımdır?
Onlayn biznes ideyaları
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət