"Amazon" biznes üçün mühafizəçi robot təqdim edib – Qiyməti $2350
"Amazon" ABŞ müştəriləri üçün "Astro for Business" robotunu təqdim edib. O, müstəqil və ya uzaqdan idarəetmə vasitəsi ilə hərəkət edə bilir, həmçinin displey və gecə görmə qabiliyyətinə malik HD kamera ilə təchiz olunub.
Cihazın qiyməti 2349.99 dollardır. Bununla yanaşı, şirkət əlavə xüsusiyyətləri olan üç növ abunə təklif edir:
Ayda 60 dollara "Astro Secure" abunəliyi robota avtonom şəkildə və ya istifadəçinin seçdiyi marşrutlar üzrə hərəkət etməyə və otaqda aktivləşdirilmiş hərəkət sensorlarından məlumat almağa imkan verir. Ayda 20 dollara "Ring Protect Pro" xidməti cihazdakı yazıları 180 gün ərzində saxlamağa qoyur.
Ayda 99 dollara olan "Virtual Security Guard" robota müdaxilə edənləri, səsləri və ya digər şübhəli fəaliyyəti aşkar etdikdə bildiriş göndərməyə imkan verir. Onu istifadə etmək üçün "Ring Protect Pro" və "Astro Secure" abunəliyiniz də olmalıdır.
Xatırladaq ki, 2021-ci ildə şirkət "Astro" ev robotunu təqdim edib. O, əşyaları daşımaq, evinizə nəzarət etmək, musiqi çalmaq və s. üçün istifadə edilə bilər.
/ banker.az
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb