AMB xüsusi tənzimləmə rejimində iştirak üçün müraciətlərin qəbuluna başlayır

AMB xüsusi tənzimləmə rejimində iştirak üçün müraciətlərin qəbuluna başlayırAzərbaycan Mərkəzi Bankı (AMB) mayın 1-dən 31-nə qədər xüsusi tənzimləmə rejimində iştirak üçün müraciətləri qəbul edəcək.
Bu barədə AMB-nin məlumatında bildirilir.

Məlumata görə, qurum 2024-2026-cı illərdə "Maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində maliyyə bazarında göstərilən xidmətlərin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirməyi hədəfləyir. Bu istiqamətdə mühüm təşəbbüs olan "Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası" bu il yanvarın 31-də təsdiq edilərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və AMB-nin nəzarəti altında sınaqdan keçirilməsinin qaydalar toplusunu əks edir. Xüsusi tənzimləmə rejimi meyarlara uyğun gələn və test rejimində aparılan sınağının nəticəsi uğurlu olan məhsulların bazara təqdim olunması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədini daşıyır. Bu rejimin iştirakçısı innovativ maliyyə məhsulunun sınağını AMB ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcəkdir. Müqavilənin bağlanması zamanı sınaq müddəti 12 ay olacaq.
Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün AMB-yə "Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası"nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifə (sandbox.cbar.az) vasitəsilə və yaxud yazılı şəkildə təqdim etmək mümkündür.
Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə [email protected] ünvanına müraciət etmək olar. / banker.az

Banklar     Tarix: 02 aprel 2024

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler biznes xeberleri dollarin kursu bu gun investisiya online pul qazanmaq