"Anar" ASC-nin səhmdarları toplanır
"Anar" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 8 aprel 2024-cü il, saat 11.00-da keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq Şirvan şəhəri, Naxçıvan küçəsi, 3 ünvanında cəmiyyətin inzibati binasında baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı;
2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi;
3. Cəmiyyətin icra orqanının formalaşdırılması;
4. Cəmiyyətin balansında olan və istifadəyə yararsız əsas vəsaitlərin cəmiyyətin balansından silinməsi.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 282 33 00 "Anar" ASC-nin icra orqanı.
Məlumat üçün qeyd edək ki, "Anar" ASC 11 iyun 1997-ci ildə dövlət qeydiyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 605 min 138 manatdır və qanuni təmsilçisi Əli Əzəmi Hüseyn oğludur.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Biznes planı necə yazmaq lazımdır?
Biznes qurmaq üçün nə lazımdır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
Françayzinq nədir və necə olur?