Anar Bağırov: "Vəkilin həbsi ilə bağlı məsələ Vəkillər Kollegiyası olaraq diqqətimizdədir

Anar Bağırov: "Vəkillər Kollegiyasının Rəyasət Heyəti olaraq əsassız şaiyələrə, yalan məlumatlara, uydurma xəbərlərə əhəmiyyət vermədən hər zaman çalışırıq obyektiv olaq. Bütün məsələlərdə yalnız və yalnız mötəbər faktlara və qanuna söykənərək rəyimizi bildirmişik. Vəkillər də, cəmiyyətimiz də yaxşı bilir və dəfələrlə şahidi olub ki, vəkillərin fəaliyyətinə müdaxilə, onlara qarşı qanunazidd hərəkətlər olanda Kollegiya həmişə öz üzvlərini publik qaydada və təsirli müdafiə edir, bununla bağlı bir çox misallar çəkmək olar. Vəkil Elçin Sadıqovun həbsi ilə bağlı məsələ də Vəkillər Kollegiyası olaraq diqqətimizdədir. Azərbaycan hüquqi dövlətdir və əminəm ki, bütün məsələlərə qanunauyğun olaraq hüquqi qiymət veriləcək".
Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Elçin Sadıqovun həbsinə münasibət bildirərkən deyib.
A. Bağırov bildirib ki, qüvvədə olan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun tələblərinə görə vəkillərin toxunulmazlıq hüququ yoxdur. Vəkillər barəsində cinayət təqibi başlanıla və qüvvədə olan qanunvericiliyə əsasən aparıla bilər. Vəkilin həbsinə gəldikdə isə, A. Bağırov qeyd edib ki, onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 7-ci maddəsinə uyğun olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyətinə rəsmi qaydada məlumat verilib: "Burada qanunun tələblərinə riayət olunmuşdur və hər hansı pozuntu mövcud deyil. Bunu mən rəsmən bəyan edirəm. Bildiyiniz kimi, Qanuna görə, vəkillər fərdi qaydada, vəkil bürolarında, hüquq firmalarında və ya məsləhətxanalarda fəaliyyət göstərə bilərlər. Elçin Sadıqov fərdi qaydada fəaliyyət göstərən vəkildir və uzun müddət Göygöl şəhərində fərdi qaydada fəaliyyət göstərib. Lakin 2021-ci ilin dekabr ayının 1-dən etibarən Elçin Sadıqov fəaliyyətini Bakı şəhərində davam etdirmək istəyilə bağlı Vəkillər Kollegiyasına müraciət edib. Rəyasət Heyətinin 1 dekabr 2021-ci il qərarına əsasən Elçin Sadıqov Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvanski küçəsi 44, mənzil 18-də vəkil kimi fəaliyyət göstərib. Vəkillər Kollegiyasının Rəyasət Heyəti də buna etiraz etməyib və bu ünvan reyestrdə öz əksini tapıb. Məndə olan dəqiq məlumata görə, həmin ünvanda yəni, vəkilin qeydiyyatda olduğu ofisdə heç bir axtarış, sənədlərin götürülməsi və hər hansı prosessual tədbirlər həyata keçirilməyib. Yəni, bizdə olan məlumat budur. Bizə vəkilin başqa ofisinin mövcudluğu barədə vəkilin özü tərəfindən heç bir məlumat təqdim edilməyib".
O qeyd edib ki, KİV-lərdə vəkilin ofisində axtarış aparılması haqqında məlumatlar həqiqəti əks etdirmir.
Sədr vəkillərə də müraciət edərək yoxlanılmamış və həqiqətəuyğun olmayan məlumatları paylaşmamağı tövsiyə edib.

Xəbərlər     Tarix: 12 sentyabr 2022

Oxşar xəbərlər

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind


iqtisadi xeberler online pul qazanmaq valyuta mezennesi dollarin kursu bu gun bitkoin almaq