AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirilib

AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirilibAzərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) tərkibində Elmi-Metodiki Şuranın ilk toplantısı keçirilib.
AQC-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən verilən məlumata görə, iclası giriş sözü ilə açan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc Elmi-Metodiki Şuranın yaradılması zərurəti barədə danışıb. O qeyd edib ki, Azərbaycanın ilk assosiativ ictimai birliklərindən olan AQC qiymətləndiricilərin bilik və bacarıqlarının artırılması, elmi-metodiki fəaliyyətin təşkili üçün belə bir qərar qəbul edib və öz növbəsində sədr ölkəmizin nüfuzlu alimlərinə şurada təmsil olunduqları üçün minnətdarlığını ifadə edib.
Elmi-Metodiki Şuranın sədri, iqtisadçı alim İbrahim Quliyev qarşıda duran hədəfləri iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, qiymətləndirmə standartlarının hazırlanması, elmi-metodoloji fəaliyyətin təşkili üçün səfərbər olunan şura elmi jurnal da ərsəyə gətirəcək. Jurnalda qiymətləndirmə istiqamətləri ilə yanaşı, iqtisadiyyatın ayrı-ayrı sahələrinə dair məqalələr də yayımlanacaq və jurnal öz işini beynəlxalq standartlara uyğun şəkildə həyata keçirəcək: "Bununla bağlı müvafiq qurumlara müraciət olunub və yaxın zamanda qeydiyyat prosesi tam başa çatacaq"  - İ.Quliyev vurğulayıb.
Jurnalın rəhbər və redaksiya heyətlərinin formalaşdırılması üzərində iş aparıldığını deyən İ.Quliyev xarici mütəxəssislərin də bu prosesə cəlb olunacağını bildirdi. Çıxış edən şura üzvləri şuranın və nəşr olunacaq elmi jurnalın əhəmiyyətindən bəhs ediblər. Onlar bildiriblər ki, qiymətləndirmə ekosistemin ayrılmaz tərkib hissəsidir və bu sahəyə aid samballı elmi məqalələrin həm fiziki daşıyıcılarda kağız formasında çap olunması, həm də elektron formada işlənməsi günün aktual tələbidir. Qərara alınıb ki, elmi jurnalın fəaliyyətə başlaması üçün hüquqi və texniki prosesdurlar qısa müddətə başa çatdırılsın və ən qısa müddətə jurnalın ilk nüxsəsi nəşr olunsun.
Elmi-Metoloji Şuranın Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlığa hazır olduğunu diqqətə çatdıran şura sədri bununla bağlı quruma müraciət olunacağını söyləyib. Əlavə edib ki, qiymətləndiricilər üçün keçirilən ixtisas imtahanlarında test bankının hazırlanmasında şurada təmsil olunan alimlər yaxından iştirak ediblər: "Hesab edirik ki, qiymətləndiricilər üçün keçirilən ixtisas imtahanlarında təqdim olunacaq sualların peşəkarlıq dərəcəsi artırılmalıdır və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Elmi-Metodiki Şurası olaraq bu prosesdə yaxından iştirak etməyə hazırıq".
Elmi-Metodiki Şurada AQC sədrinin müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru İbrahim Quliyev, AR Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir, Bakı Avrasiya Universitetinin kafedra müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Vüsalə Nağıyeva, , Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Nəzakət Musayeva, Azərbaycan Texniki Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Natavan Namazova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ülkər Sadıqova, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru İlqar Məmmədov, Azərbaycan Texniki Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əliheydər Panalıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Bulud Sadıqov, Beynəlxalq idarəetmə sistemləri (standartları) üzrə mütəxəssis, Britaniya Standartlar İnstitutunun və LRQA (Lloyd s Register) İSO 9001,İSO 45001 standartları üzrə aparıcı auditoru Asif İbrahimov və Bakı Avrasiya Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Pərvin Verdiyeva təmsil olunurlar.
Xatırladaq ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyəti (AQC) 1998-ci ildə təsis olunub və ölkəmizin ilk assosiativ ictimai birliklərindən biridir. Qiymətləndiricilər arasında qarşılıqlı, faydalı və kordinasiyalı fəaliyyəti təşkil edən AQC dövlət qurumları, beynəlxalq təşkilatlar, maliyyə təsisatları, vətəndaş cəmiyyəti insitutları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edir. Bu günə qədər qiymətləndirmə sahəsində yüzlərlə sertifikasiya imtahanı və çoxsaylı meqa layihələr həyata keçirib. 2022-ci ilin mayından quruma rəhbərlik edən Vüqar Oruc eyni zamanda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin qatıldığı, Rusiya, Belarus, Gürcüstan qiymətləndirmə birliklərinin fəaliyyətində yaxından iştirak etdiyi, 700-dən artıq qiymətləndirmə şirkəti və minlərlə qiymətləndiricinin təmsil olunduğu Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidentidir. / fed.az

Biznes     Tarix: 25 avqust 2025

Oxşar xəbərlər

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy


iqtisadi xeberler internetden pul qazanmaq investisiya biznes qurmaq bitkoin