Aqrar Kredit və İnkişaf Agentliyi 5 ayda 43 milyon manata yaxın güzəştli kredit verib
Bu ilin yanvar-may aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 2 322 müraciət üzrə 42,8 milyon manat güzəştli kredit verib.
Bunun 35 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 7,8 milyon manatı isə digər təyinatlı kreditlərdir.
Bundan başqa, 5 ay ərzində agentlik 1 376 baş damazlıq iribuynuzlu heyvanın alışına 3,6 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışına isə 49,9 milyon manat güzəşt vəsaiti ayırıb.
Həmçinin hesabat dövründə ölkədə 4 340 ədəd kənd təsərrüfatı texnikası lizinqə verilib. Ümumilikdə 2005-ci ilin əvvəlindən 2025-ci ilin mayın sonuna qədər ölkədə 92 919 ədəd kənd təsərrüfatı texnikası lizinq yolu ilə əldə olunub ki, bunun da 1 412-si taxılyığan kombayn, 222-si pambıqyığan kombayn, 20 804-ü traktor, 70 481-i isə digər texnikalardır.
© "Report"

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Onlayn biznes ideyaları
Marketinq nə demədir?
Biznesə aid ən yaxşı 10 kitab
Françayzinq nədir və necə olur?