Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Rəşad Zəhmət oğlu Mehdizadə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinə direktor təyin olunub. Mərkəz aqrar sahədə təlim və informasiya-məsləhət xidmətləri göstərməklə əhalinin məşğulluğunun artırılması istiqamətində əlavə imkanlar yaradır. Aqrar Təlim Mərkəzi Aparatdan və respublika üzrə fəaliyyət göstərən 8 Regional Təlim Mərkəzindən ibarətdir.
Qeyd edək ki, Rəşad Mehdizadə I Yüksəliş müsabiqəsinin finalçısı olub.
Xatırladaq ki, R.Mehdizadə 2018-ci ilin əvvəlində həmin vaxt yeni yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsində işə başlayıb. O, daha sonra yeni təyinata qədər agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb.
R.Mehdizadə 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alıb. Daha sonra Türkiyənin Marmara Universitetində ictimaiyyətlə əlaqələr ixtisası üzrə magistr təhsilinə yiyələnib.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyin sədri Sərdar Hacıyevdir (Oxu.az).

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Bill Qeyts kimdir?
"iPhone 15" modelinin üstünlükləri
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?