ARDNF-dən yalan məlumatlarla bağlı XƏBƏRDARLIQ
Son üç ayda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) adından Azərbaycan vətəndaşlarını individual əsasda investisiya, neft və qaz treydinqi fəaliyyətinə sövq edən geniş xəbərlər yayılır.
Bu barədə Fondun yaydığı xəbərdarlıqda bildirilir.
Qurum bəyan edib ki, bu yönümdə oxşar çağırışlar ARDNF-nin İcraçı Direktoru İsrafil Məmmədovun adından da haker üsulu ilə tirajlanıb.
ARDNF bu paylaşımların tamamilə yanlış, həqiqəti əks etdirməyən məlumat olduğunu vətəndaşların diqqətinə çatdırıb və qeyd edib ki, onların Fondun fəaliyyətinə heç bir aidiyyəti yoxdur.
"ARDNF onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları [email protected] ünvanına göndərmələrini xahiş edirik.
Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun media resurslarında əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyə olunur", - deyə açıqlamada qeyd olunub.

Azərbaycanda yeni verilmiş kreditlər ucuzlaşır – Mərkəzi Bank
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Müştərilərin hesab balansları bərpa edildi – ABB-dən yeni açıqlama
Xüsusi tənzimləmə rejiminin üçüncü dövründə iştirakla bağlı müraciətlərin qəbulu başlayıb
Anthropic-in aparıcı mühəndisi: Süni intellekt agentlərindən istifadə tənhalığa gətirib çıxarır
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
İpoteka bazarında fəallıq zəifləyir – Fond (İZKF) isə həm ayırmaları, həm də vəsait cəlbini azaldır
Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi
Dünyanın ən çox maaş verən şirkətləri
Biznes plan necə yazılır?
Digital Card nədir?
Biznes təlimlər və tədris üsulları