Artıq ödənilmiş vergilərin qaytarılması üçün yeni mexanizm hazırlanıb

Artıq ödənilmiş vergilərin qaytarılması üçün yeni mexanizm hazırlanıbİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin dövlət büdcəsinə artıq ödənilmiş məbləğlərinin qaytarılması üçün yeni mexanizm hazırlayıb. İxrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin artıq ödəmə məbləğləri nəzarət tədbirlərinə məruz qalmadan çevik şəkildə qaytarılacaq. 
Marja xəbər verir ki, bu, Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki. yeni mexanizmin ilkin olaraq ixrac fəaliyyəti göstərən vergi ödəyicilərini əhatə etməsi, sonrakı mərhələlərdə digər vergi ödəyicilərinə də şamil olunması nəzərdə tutulur. Artıq ödənilmiş məbləğlərin çevik qaydada qaytarılması ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların maliyyə resurslarının likvidliyinin artırılmasına şərait yaradacaq, eyni zamanda, onların inzibati işlərə vaxt itkisinin qarşısını alacaq. 
Artıq ödənilmiş vergilərin avtomatlaşdırılmış qaydada qaytarılması mexanizminə əsasən, vergi orqanı tərəfindən belə məbləğlər müəyyən edilərək qaytarılması məqsədəmüvafiq hesab olunan məbləğlər seçiləcək və sistemdə təsdiq əməliyyatı yerinə yetiriləcək. Vergi orqanının təsdiqi nəticəsində ödəyicinin elektron kabinetində tərtib edilmiş ərizə məlumatları avtomatik əks olunacaq və vergi ödəyicisinə bildiriş göndəriləcək. Ərizə vergi ödəyicisi tərəfindən təsdiq, rədd və ya düzəliş (məbləğin azalması, hesabın dəyişdirilməsi) edilə bilər. Ərizə vergi ödəyicisi tərəfindən təsdiqləndikdə müəyyən edilmiş müddət ərzində icra olunması üçün vergi orqanına veriləcək və müvafiq rəy tərtib edilərək aidiyyəti üzrə göndəriləcək.
Artıq ödənilmiş vergilərin qaytarılması üzrə vergi ödəyicilərinə münasibətdə müəyyən şərtlər mövcuddur. İlk növbədə, vergi ödəyicilərinin fəaliyyəti ixrac sahəsini əhatə etməli, riskli vergi ödəyicisi olmamalı, riskli vergi ödəyicisindən elektron qaimə-faktura əldə etməməli, açıq səyyar vergi yoxlaması və təqdim edilməmiş bəyannaməsi olmamalı, bəyan edilmiş əmək haqqı məbləği orta aylıq əmək haqqı məbləğindən aşağı olmamalı və bəyannamələr üzrə vergi yaradan risklər olmamalıdır.
Digər vergi ödəyiciləri üzrə artıq ödənilmiş vergilərin qaytarılması müvafiq qaydalarda nəzərdə tutulmuş müddətlər ərzində həyata keçirilir.
Qeyd edək ki, vergi ödəyicilərinin məmnunluğunun artırılması məqsədilə 2021-ci ildən artıq ödənilmiş vəsaitlərin geri alınması prosesini özündə əks etdirən "Vahid elektron lövhə" istifadəyə verilib. Vergi ödəyiciləri bu lövhə vasitəsilə müraciətlərinin hər mərhələsini izləyə, onun geri qaytarılması ilə bağlı prosesə şəxsən nəzarət edə bilirlər. "Vahid elektron lövhə"də olan məlumatlar sistem vasitəsilə onlayn rejimdə yenilənir. Vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə bağlı statistik məlumatların Dövlət Vergi Xidmtinin rəsmi internet səhifəsində onlayn izlənilməsi mümkündür.  / marja.az

Maliyyə     Tarix: 21 fevral 2023

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn


iqtisadi xeberler dollar kursu telefonla pul qazanmaq biznes qurmaq depozit faizleri