Asya İnkişaf Bankı Azərbaycan və Qırğızıstandakı artımla əlaqədar region üçün iqtisadi proqnozlarını yaxşılaşdırıb

Asya İnkişaf Bankı Azərbaycan və Qırğızıstandakı artımla əlaqədar region üçün iqtisadi proqnozlarını yaxşılaşdırıbAsya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya üçün artım proqnozunu 2024-cü ildə 4,3 %-dən 4,5 %-ə, 2025-ci ildə isə 5 %-dən 5,1%-ə artırıb.
Bu barədə bankın bu gün açıqlanan "Asiyanın inkişaf perspektivləri"(ADO) hesabatının iyul sayında deyilir.
Asya İnkişaf Bankı Azərbaycan və Qırğızıstandakı artımla əlaqədar region üçün iqtisadi proqnozlarını yaxşılaşdırıb"Bu, Azərbaycan və Qırğızıstanda gözləniləndən daha güclü artımla əlaqədardır. Azərbaycan iqtisadiyyatı 2024-cü ilin yanvar-aprel aylarında 4,3 % böyüyüb ki, bu da dövlət xərcləri ilə dəstəklənən nəqliyyat və tikinti sahələrinin hesabına olub. Qırğızıstanın artım tempi 2024-cü ilin birinci rübündə 8,8 % təşkil edib ki, bu da yerli və xarici investisiyalarla maliyyələşdirilən xidmət və tikinti sahələrində güclü istehsalla əlaqədardır", - hesabatda bildirilir.
ADB hesab edir ki, digər subregional iqtisadiyyatlarda da iqtisadi fəaliyyət eyni dərəcədə güclü olub. Ermənistan 2024-cü ilin birinci rübündə 9,2 % böyüyüb ki, bu da əsasən istehsalat sahəsindəki artımla bağlıdır. Gürcüstan iqtisadiyyatı 4 ayında 9 % genişlənib, çünki güclü kreditləşmə həm daxili istehlakı, həm də investisiyanı dəstəkləyib.
Hesabata görə, qızıl satışı da daxil olmaqla ixracatın kəskin artması səbəbindən Tacikistan 2024-cü ilin birinci rübündə 8,2 % templə güclü artımını davam etdirib. Türkmənistanda artım dövlət investisiyaları və xalis qaz ixracı ilə təmin edilir. Özbəkistanda əsas kapitala investisiyaların artması 2024-cü ilin birinci rübündə 6,2 % artıma səbəb olub.
© "Report" 

Maliyyə     Tarix: 17 iyul 2024

Oxşar xəbərlər

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar


iqtisadi xeberler valyuta mezennesi 1000 manatla biznes bitcoin qiymeti dollarin kursu bu gun