Avro Bölgəsində inflyasiya aşağı düşdü
Eurostat-ın məlumatına görə, Avro Bölgəsində noyabrda illik inflyasiya oktyabrdakı 10,6 faizdən 10 faizə düşüb. Bu, 2020-ci ildən bəri ilk yavaşlamadır.
Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta proqnozu 10,4 faiz təşkil edirdi.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
İnflyasiyanın aşağı düşməsi enerji və xidmət xərclərinin azalması ilə bağlı olub. Ərzaq qiymətləri isə gözləntilərdən yüksək olub.
İnflyasiya aylıq 0,1 faiz azalıb. Proqnoz 0,2% artım idi.
Oktyabrda Avrozona inflyasiyası 10 faizi ötüb ki, bu da Avropa Mərkəzi Bankına (ECB, AMB) faiz təzyiqini artırıb.
ECB-nin sədri Christine Lagarde dünənki çıxışında inflyasiyanın pik nöqtəsini çatmamış ola biləcəyini deyib. ECB iyul ayından etibarən faiz dərəcələrini cəmi 200 baza bəndi artırıb. Növbəti iclasda rəsmilər 75 bəndlik artıma ehtiyac olub-olmadığını müzakirə edəcəklər.
Bloomberg Economics-in baş iqtisadçısı Maeva Cousin, "Bugünkü məlumatlar ECB üçün ümidverici xəbərdir və dekabr ayında 50 baza bəndi artım olacağı ilə bağlı fikirlərimizi dəstəkləyir" deyib. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyanın ən zəngin idmançıları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
1000 manatla hansı biznesi qurmaq olar?
Bitcoin necə işləyir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt