Avronun qiyməti son 4 ilin rekord səviyyəsinə yüksəlib

Avronun qiyməti son 4 ilin rekord səviyyəsinə yüksəlibABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) bu gün keçiriləcək iclasında 0,25 faiz bəndi faiz endiriminə gedə bilər. İnvestorlar isə əsas diqqəti - FED sədri Cerom Pauellin yaxın aylarda faizlərin gələcək trayektoriyasına dair verəcəyi siqnallara yönəldiblər.
Marja xəbər verir ki, FED-in faiz qərarı öncəsi avro/dollar məzənnəsi son dörd ilin rekord səviyyəsinə çatıb. Avro dollar qarşısında 1% bahalaşaraq 1,1878 səviyyəsinə çatıb — bu, 2021-ci ilin sentyabrından bəri ən yüksək göstəricidir. Bloomberg Dollar İndeksi isə həmin günü 0,5% itki ilə başa vurub və bu səhər 1.189 bənd səviyyəsində sabit qalıb.

ABŞ və Asiya bazarlarında pauza
Wall Street birjaları FED iclası öncəsi son günlərdəki rekord yüksəlişlərə fasilə verib. S&P 500 indeksi çərşənbə axşamı gününü 0,1% geriləmə ilə bağlayıb, səhər saatlarında fyuçerslər də sabit ticarətlə davam edib. Asiyada MSCI Asiya-Sakit okean indeksi itkilərini silərək 0,1% artıma keçib.

Çinin texnologiya şirkətlərinin Honq Konqda səhmləri - süni intellektə olan yüksək tələbatla dörd ilin ən yüksək səviyyəsinə qalxıb. Zəif dolların təsiri ilə qızılın unsiyasının qiyməti 3700 dollar həddini aşıb. Qlobal istiqraz bazarlarında isə sakitlik hökm sürür: ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi 4,02%, Yaponiyada 10 illik istiqrazlar isə 1,6% səviyyəsində sabit qalıb.
Bazarlar FED-dən nə gözləyir?
İnvestorlar bu gün Bakı vaxtı ilə 22:00-da açıqlanacaq faiz qərarında FED-in "zəifləyən ABŞ əmək bazarını dəstəkləmək üçün" uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 4%-4,25% aralığına endirəcəyini proqnozlaşdırırlar. Eyni zamanda, FED üzvlərinin gələcək proqnozlarını əks etdirən cədvəlin də açıqlanacağı gözlənilir. Bloomberg sorğusuna əsasən, bu il üçün orta faiz gözləntisi 3,875%, gələn il üçün isə 3,375% səviyyəsində sabit qalacaq.
Saat 22:30-da FED sədri Cerom Pauel mətbuat qarşısına çıxacaq. Onun növbəti aylarda faizlərin hansı templə azaldıla biləcəyinə dair açıqlamaları izlənəcək. Bank of America-nın baş iqtisadçısı Aditya Bhave bildirir: "Əmək bazarında davamlı zəifləmə əlamətləri görünmədikcə, hər yeni faiz endirimi əvvəlkindən daha çətin olacaq."
FOMC-də dəyişikliklər və ehtimallar
FED-in qərarına təsir göstərə biləcək başqa bir amil isə Federal Açıq Bazar Komitəsində (FOMC) baş verən dəyişikliklərdir. ABŞ prezidenti Donald Trampın müttəfiqi sayılan Stiven Miran Senatda sürətli səsvermənin ardından and içərək komitədə səsvermə hüququ qazanıb. Eyni zamanda, Trampın vəzifədən azad etməyə çalışdığı Liza Kuk da məhkəmə qərarı ilə bu gün səsverməyə qatıla bilər.
Analitiklər hesab edirlər ki, FOMC üzvləri arasında fikir ayrılıqları bu qərarı tarixdə nadir rast gəlinən dərəcədə mübahisəli edə bilər: bəzi üzvlər daha böyük endirimlər, bəziləri isə sabit faiz tərəfdarıdır. Əvvəlki qərarda faizlərin sabit saxlanmasına səs verən Kristofer Ueller və Mişel Bouman faiz endiriminə qarşı çıxmışdılar.
İstiqraz bazarında gözləntilər
FED-in gələcək addımlarına həssas olan istiqraz bazarında investorlar, bu il qalan üç iclasda ən azı 0,50 faiz bəndi (yarım faiz) ümumi endirim gözləyir. Bazara bağlı fyuçers və opsion əməliyyatları da bu ehtimalları əks etdirir. Standard Chartered analitikləri zəif məşğulluq artımına görə FED-in bu həftə 0,50 faiz bəndi endirim edə  biləcəyini istisna etmirlər, lakin Pauellin daha çox yumşalma mesajı verməsinin mümkün görünmədiyini də vurğulayırlar.
Bazar iştirakçıları artıq bu ehtimallara qarşı qorunmaq üçün böyük həcmdə kontrakt alıblar. Bu isə investorların FED-in bugünkü qərarından sonra bazarlarda yüksək dalğalanma gözlədiklərini göstərir.
/ marja.az

Maliyyə     Tarix: 18 sentyabr 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari