Avronun ucuzlaşmasının manatın məzənnəsinə nə kimi təsirləri ola bilər?
"Avro digər valyutalara qarşı dəyərdən düşdüyü kimi manata nəzərən də son vaxtlar ucuzlaşır. Belə ki, ilin əvvəlindən bəri avro manata nəzərən təxminən 13 % ucuzlaşıb".
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib.
Qeyd olunub ki, avronun dəyərdən düşməsi ilk növbədə avrozona ölkələrindən idxalı bir qədər ucuzlaşdırmaqla inflyasiyaya azaldıcı təsir göstərir: "Nəticədə məzənnə kanalı ilə inflyasiya idxalının məhdudlaşması baş verir".
Avronun məzənnəsinin daxili valyuta bazarındakı ümumi vəziyyətə təsiri ilə bağlı isə Mərkəzi Bankdan bildirilib ki, valyuta bazarında tarazlıq əsasən tədiyə balansından asılıdır: "Tədiyə balansının profisitli olması valyuta bazarında təklifin artımı ilə müşaiyət olunur. 2022-ci ilin I rübü üzrə tədiyə balansının cari əməliyyatlar hesabının profisiti Ümumi Daxili Məhsulun 22,4 %-i səviyyəsində olub. İkinci rübdə tədiyə balansı üzrə müsbət meyillər davam edib".

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Marketinq nə demədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SWIFT nədir?
Dünyanın ən zəngin idmançıları