Avropa İttifaqı Jirinovskiyə qarşı sanksiyaları LƏĞV ETDİ
Avropa İttifaqı aprelin 6-da vəfat edən Liberal Demokrat Partiyasının qurucusu və keçmiş sədri Vladimir Jirinovskini Rusiya əleyhinə sanksiyalar siyahısından çıxarıb.
KONKRET.az"Kommersant"a istinadən xəbər verir ki, bankir Mixail Fridmanın keçmiş həyat yoldaşı Olqa Aiziman və iş adamı Əlişir Usmanovun bacısı Saodat Nərziyeva da sanksiya reyestrindən çıxarılıb.
"Aİ Şurası Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini pozan məhdudlaşdırıcı tədbirlərin müddətini 2023-cü il martın 15-dək uzatmaq qərarına gəlib", – Avropa İttifaqının rəsmi jurnalında deyilir.
Sanksiya siyahısına edilən dəyişikliklər jurnalın saytında dərc olunub.
Qeyd edək ki, bu siyahı 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra yaradılıb. Ümumilikdə reyestrdə Rusiyadan olan 1200-dən çox fiziki və 108 hüquqi şəxs var.
İqbal Rzayev,
KONKRET.az

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
İban nədir?
Biznes planı necə yazmaq lazımdır?
Onlayn biznes ideyaları
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət