Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
Avropa Mərkəzi Bankı (ECB, AMB) faiz qərarını açıqlayıb.
Marja xəbər verir ki, Bank bazar gözləntilərinə uyğun olaraq faiz dərəcələrini 0,50 faiz bəndi artırıb.
ECB depozit dərəcəsini 2,5%-ə, gecəlik borclanma faizini 3,25%-ə, siyasət faizini isə 3%-ə qaldırıb.
Qərarın mətnində ECB mart ayında faizlərin yenidən 0,50 faiz bəndi artırılacağının siqnalını verib.
Qeyd olunub ki, "Bank mart ayında keçiriləcək pul siyasəti iclasında faiz dərəcəsini daha 0,50 faiz bəndi artırmaq niyyətindədir".
Faiz dərəcələrinin davamlı və ciddi şəkildə artmalı olduğu bildirilib.
"Faiz dərəcələri ciddi məhdudlaşdırıcı səviyyədə saxlanılacaq ki, inflyasiyanın 2 faizlik hədəfə qayıtması təmin edilsin", - ECB-nin məlumatında bildirilir. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Green Card nədir və onu necə əldə etmək olar?
Kriptovalyuta nədir?
Kriptovalyuta nədir və necə alınır?
IMEI kod nədir?